23:40
(077) 610-22-33

Siqaretlərin qiymətinin ucuzlaşmasının səbəbləri açıqlandı- Ekspert

  • >
6 816 25 May 2017 12:10 | İqtisadiyyat

“Azərbaycanda bəzi siqaretlərin qiymətlərinin enməsi alıcılıq qabiliyyətinin aşağı düşməsi ilə əlaqədardır.”

Bunu AzNews.az-a açıqlamasında iqtisadi ekspert Natiq Cəfəli siqaretlərin qiymətinin 20-29 faiz ucuzlaşmasını şərh edərkən deyib. O, bəzi siqaretlərin qiymətinin aşağı düşməsinin bir neçə səbəbi olduğunu vurğulayıb:

“Onlardan birincisi dolların kursunun stabil qalmasıdır. İkinci əsas məsələ alıcılıq qabiliyyətinin aşağı düşməsidir. Bilirik ki, Azərbaycanda qiymətlər qonşu ölkələrlə müqayisədə həmişə baha olub. Onlarla insanlar Gürcüstandan siqaret keçirməyə cəhd edir. Üçüncüsi isə qaçaqmalçılığın qarşısının alınmasıdır.”

Ekspert hesab edib ki, bunun uzunmüddətli və dayanıqlı olmasını proqnozlaşdırmaq çətindir:

“Əgər ilin sonuna kimi dolların bahalaşmasının şahidi olsaq, o zaman siqaretlərin də qiymətinin yenidən qalxacağını güman etmək olar.”

Azərbaycanda bəzi siqaretlərin qiyməti 20-29% ucuzlaşıb.

Bahar RÜSTƏMLİ

AzNews.az

Bağla X