Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) Asiya İnkişaf Bankı ilə Azərbaycanda hasilat sənayesində şəffaflığın təmin edilməsini müzakirə edib. Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) Asiya İnkişaf Bankı ilə Azərbaycanda hasilat sənayesində şəffaflığın təmin edilməsini müzakirə edib.

Asiya İnkişaf Bankının icraçı direktoru Bakıya gəlib

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) Asiya İnkişaf Bankı ilə Azərbaycanda hasilat sənayesində şəffaflığın təmin edilməsini müzakirə edib.

AzNews.az Fonda istinadən xəbər verir ki, müzakirələr sentyabrın 18-də ARDNF-in icraçı direktorunun müavini İsrafil Məmmədov ilə Asiya İnkişaf Bankının (AİB) İcraçı Direktoru Metyu Foksun rəhbərlik etdiyi nümayəndə heyəti arasında keçirilən görüşdə aparılıb.

Görüşdə ARDNF-in fəaliyyəti, vəsaitlərin idarə edilməsi, investisiya siyasəti, Azərbaycanda hasilat sənayesində şəffaflığın təmin edilməsi və hesabatlılıq istiqamətində görülən işlər barədə məsələlər müzakirə edilib.

Nümayəndə heyəti Fondun muzeyi ilə tanış olub.