11:36
(077) 610-22-33

Azərbaycanlı milyarder Putinlə əlaqələrindən danışdı - MÜSAHİBƏ

  • >
299 22 Fevral 2013 12:52 | İqtisadiyyat

“Hökumət əlverişli mühit yaradırsa, niyə başqa yerə gedək ki?”



Sərvəti 2,4 milyard olan həmyerlimizin mətbuata ilk müsahibəsi

AzNews.az İlham Rəhimovun şəriki kimi tanınan azərbaycanlı milyarderin "Forbes" jurnalına verdiyi müsahibəsinin ikinci hissəsini təqdim edir.

Müsahibənin əvvəlini bu linkdən oxuya bilərsiniz:
http://aznews.az/news.php?id=15283#.USc6YKW-Kc8



- Doğrudur ki, "Ukrayna"nı almaq ideyası Putinin tələbə yoldaşı İlham Rəhimova məxsus olub?

- Bir nəfər çox çalışsa belə nələrisə buraxa bilər. Güc və müdriklik bir-birinə qulaq asanda əməkdaş olurlar. Mənim üçün həyatımdakı ən önəmli müəllimlərdən biri atamdır. O uzun illər çox işləyib, biznesi idarə edib, zavod direktoru olub. Mən uşaqlıqdan onun insanlarla necə hörmətlə danışdığını görmüşəm. Bu, mənim üçün məktəb olub. Digər bir müəllimin isə həm keçmişdə, həm də indi İlham Rəhimovdur. Mən həmişə ona qulaq asmışam və indi də qulaq asıram. Həmişə də mənim həyatımda vacib rolu olan bu insanlarla məsləhətləşirəm. Onlarla müzakirə etmədən mən heç nə etmirəm. İnsan biləndə ki, onun arxasında onu başa düşən insan var, özünü daha əmin hiss edir. Mənim böyüklərim mənə bu əminliyi verir. Biləndə ki, "Ukrayna" satışa çıxarılır, biz 3 nəfər - atam, Rəhimov və mən bir yerdə idik. "Ukrayna"dan söhbət düşdü. Rəhimov dedi ki, niyə onu almayaq? Sən ki, öhdəsindən gələrsən... Mən cavab verdim ki, əlbəttə gələrəm, mənə ancaq sizin razılığınız, inamınız və dəstəyiniz lazımdır. Hərracdan əvvəl biz Zaraxla öz imkanlarımızı müzakirə etdik. Məlum oldu ki, qərb banklarından kredit almaq lazım gələcək. Qorxulu idi, əgər birdən layihə gəlir gətirməsə? İndi isə "Radisson Royal Ukrayna" az qala hər gün nüfuzlu beynəlxalq müsabiqələrdə qələbə qazanır.

- Deməli iş gəlirdə deyil?

- Bu obyektlər – "Ukrayna", Avropa"nı burdan heç yana getməyəcək. Onlar illərlə burada qalacaq və bizdən sonra da işləyəcək. Bizə Zaraxla çox şey lazım deyil. Yaxşı yadımdadır. Əvvəllər mən istəyirdim ki, müxtəlif cür saatlarım olsun. İndi isə mən məntiqlə kifayətlənirəm, ancaq biznesdə sosial orientasiyaya malik layihələrə üstünlük veririk. Sənin işinin şəhərin inkişafına xidmət etdiyini bilmək çox xoşdur.
Yeni iş yerlərini yaradılması, doğma şəhərin inkişafında iştirak insanda xoş təəssürat yaradır. Elə obyektlər var ki, bizə xüsusi divident gətirir. Məsələn, Moskva çayındakı yaxta-restoranlarımız bizə uğur gətirənlər arasındadır. Onlar qış rejimində işləmək üçün tikilən xüsusi obyektlərdir. İndi şəhərdə faktiki olaraq 24 saat hərəkət var. Onun gözəlliyindən həm yayda, həm də qışda zövq almaq lazımdır. Paytaxtımızın qonaqları və sakinlərinin bundan çox xoşu gəlir. Biz Avropada ən böyük okeanarium və delfinariya yaratmaq istəyirik. Bu layihə üçün biz bu sahədə ən tanınmış Avstraliya şirkəti ilə müqavilə imzalamışıq. Həmçinin Yaponiyada 17 delfinimizin təlimi ilə məşğul olan mütəxəssislərlə əməkdaşlıq edirik. Delfinləri biz ancaq hovuzda şou üçün almamışıq. Onları uşaqların reabilitasiyasına kömək məqsədilə almışıq. 4 hovuz əlil uşaqların delfinlərlə məşğul olması üçün ayrılacaq. Delfinariyamız üçün bütün delfinlər Yaponiyada tutulub. Rusiyada delfinlər "Qırmızı kitab"a salınıb. Bundan başqa şou-proqramda iştirak üçün kiçik suitilər də gətirilib. Onlara baxanda fikirləşdim ki, bəlkə onları buraxaq? Mənə dedilər ki, o ki qızıl balıq deyil. Digər tərəfdən onlar insanları məftun edəcək. Dünyada belə delfinariyalar çox deyil, Moskva kimi möhtəşəm bir şəhərdə delfinariya və okeanarium insanların dincəlməsi və uşaqların əylənməsi üçün xüsusi yer olacaq. Əminəm ki, bu mərkəz Rusiyanın vizit kartına çevriləcək.

- Layihə hansı mərhələdədir?

- Hər gün iş gedir, baş plan hazırlanır.

- Belə təəssürat yaranır ki, sizə artıq bazarlar maraqlandırmır. "Sadovod", "Moskva", "Cənub qapıları"nı satmaq istəmirsiz?

- Yox. Biz sadiq insanlarıq. Bizə uşaqlıqdan öyrədiblər ki, əgər həyat məcbur etmirsə, əmlakını satış üçün qiymətləndirmə. Biz biznesə bundan başlamışıq. Fəxr edirik ki, bunu sıfırdan yarada bilmişik. Biz ki hökumətin zəmanəti ilə hərraclarında iştirak etməmişik, biz bazarlardan başlamışıq.

- Siz çox səyahət edirsiniz. Hansı şəhər və ölkələrdə "Sadovod" tipli ticarət mərkəzlərinə rast gəlmisiniz?

- Belə bir anlayış var- Şərq bazarı. Şərqdə, Asiyada belə bazarlar çoxdur. Eyni zamanda biz bu formatı müasir standartlara yüksəltmək üçün çalışırıq. Oktyabrda "Sadovod"da yeni ticarət kompleksi yaratdıq. Bizdə ayrıca miqrasiya xidməti işləyir, təhlükəsizdir. "Sadovod" "Çərkəz"ə qətiyyən bənzəmir. Bundan başqa bizim tərəfimizdən avtovağzal tikintisi ilə bağlı razılaşma əldə etmişik. Zamanla biz "bazar" məfhumundan uzaqlaşacağıq. Bu, çox funksiyalı dayanıqlı kompleks olacaq. Belə bazarlarla minlərlə insan dolanır. Bu müəssisə Rusiyanın regionlarını təchiz edir. Bura bütün ölkələrdən gəlirlər, belə bazarlar lazımdır. Biz mehmanxana biznesi ilə məşğul olsaq da, delfinariya açsaq da, bu istiqamətə də sərmayə yatırmaqla biznesimizi daha da sivilləşdiririk. Biz rusiyalı istehsalçılara daha güzəştli icarə və malların saxlanması xidmətləri təklif edirik. Qanunlar sərtləşdikdən və çinlilər bu sahəni tərk etdikdən sonra onlar mövsümü icarəçiyə çevrilirlər. Rusiyalılar isə əksinə öz fəaliyyətlərini genişləndirirlər.

- Bizim dəyərləndirmələrimizə görə, "Çərkəz" bazarı ildə 500 milyon dollar qazanc gətirib. Siz onun bağlanmasın ilə nə qədər itirdiniz?

- Bu gözlənilməz hadisə idi. Lakin həmin vaxt bizim "Moskva" və "Sadovod" kimi ticarət mərkəzlərimizdə boş yerlər vardı. Əlbəttə "Çərkəz" bazarındakı icarəçilər həmin mərkəzlərə gəldilər. Seçim imkanımız yarandı, özünü güvənli biznesmen kimi göstərən şəxslərlə işləməyə üstünlük verdik. Bütün istəyənləri yerləşdirə bilməzdik, buna görə də bəzilərinə imtina etdik. Bilmirəm, "Çərkəz" bazarının bağlanmasından nə qədər itirdik, ancaq bu hadisə bizə belə tip müəssisələrə vəsait yatırmamağı öyrətdi. Daha sivil işləmək lazımdır.

- "Çərkəz" bazarının sahibi Telman İsmayılov da sizin həmyerliniz və partnyorunuzdur?

- İsmayılov Azərbaycandandır, ancaq "Qırmızı qəsəbə"li deyil. O bizim biznesimizin ortağı deyil.

- Sergey Sobyanin öz sərmayə müqavilələrinə baxılmasını dayandırıb, mərkəzdəki bir çox tikintilər yarımçıq qalıb. Ancaq siz "Sadovod"u genişləndirirsiniz? Niyə?

- Düz qeyd etdiniz, mərkəzdəki tikintilər dayandırılıb, ancaq biz orada heç nə etməmişik. "Sadovod"un yenidənqurulması şəhərimiz üçün əhəmiyyətlidir. Ancaq 19-cu km-də yerləşən ticarət mərkəzi çoxdan razılaşdırılıb. Şəhərə yeni rəhbər gələndən sonra biz avtovağzal və dayanacaq yerlərinin tikintisi ilə bağlı razılaşdıq. İndi şəhərə bizim layihələrimiz maraqlıdır. Əvvəllər biz "Moskva City"də qüllə tikmək istəyirdik, ancaq həmin yerdə hərrac olmadığından bu mümkün olmadı. İndi biz 2 il ərzində sahəsi 315 min kv.km olan ərazidə qüllə tikirik.

- Aydın deyil, sizin əvvəldən "Sity"də işləmək imkanınız yox idi? Ordakı meydançaların sahibləri tez-tez dəyişirdi.

- Bizə heç kəs heç vaxt heç nə təklif etməyib. Kiminsə layihəsini almaq istəmirdik, gözləyirdik ki, şəhəri rəsmi satışa çıxarsınlar və biz onu alaq. Biz Rusiyada yeganə ekoloji cəhətdən təmiz "göydələn" tikəcəyik. Burada ancaq ekoloji təmiz məhsullardan istifadə olunacaq. Ora Amerikanın LEED sistemi ilə hazırlanan reytinq cədvəlində qızıl kart səviyyəsində dəyərləndiriləcək. Bu layihəni 15-20 faiz bahalaşdıracaq. Ancaq o, buna dəyər.

- Siz Xoroşevo-Mnevniki rayonunda tikinti müsabiqəsində iştirak etmisiniz...

- "Möcüzələr parkı" layihəsi ilə biz çoxdan məşğul olurduq. Şəhər rəhbərliyi bu layihəyə qayıdanda biz də müsabiqədə iştirak etmək qərarına gəldik. Arxitektorlarım, layihəçilərimlə birlikdə konsepsiya hazırlayaraq müsabiqəyə qatıldıq. Nəticədə 100-ə yaxın iştirakçının olduğu müsabiqədə münsiflər heyəti 5 layihəni lider etdi. Biz öz layihəmizi reklam etməsək də birinci yerə çıxdıq. Bizim layihə ən çox bəyənilən layihə oldu. Əgər bütün moskvalıların xoşuna gəlibsə, niyə məşğul olmayaq ki? Buna görə də istədik ki, layihəmiz qalib gəlsin.

- Layihə indi hansı mərhələdədir?

- Bildiyimə görə, indi baş plan hazırlanır, metroya çıxışlarla bağlı məsələlər müzakirə edilir. Konsepsiyamız qəbul edilsə şad olaram. Əgər bu baş versə bütün xırda məsələləri bir kənara qoyub bu 2 qlobal layihə ilə məşğul olacağıq.

- Perspektivləriniz insanı təsirləndirir. Necə düşünürsüz, partnyornuz olmasaydı. bütün bunları edə bilərdiniz? Sizin biznesə İlham Rəhimov və Putinin nə dərəcədə köməyi dəyib?

- İnsan mənfəətinə görə dostluq etmir. Biz buna görə dostluq etmirik. Bizim Rəhimovla dostluğumuz keçmişə dayanır. O mənim atamla da dost olub. Köməyə gəlincə, bütün ömrü boyu mənə kömək edib, mən də ona. Kimin az, kimin çox köməyi dəydiyini demək çətin olar. O mənə mənəvi dəstək olur, məsləhətlər verir. Bizim ailəvi biznesimiz var. Ortaq kimi o biznesin genişlənməsini istəyir. Ancaq biz bu biznesi illər boyu inkişaf etdirmişik. Bizə heç kəs heç nəyi elə-belə verməyib. Biz sıfırdan başlayaraq öz əməyimizlə yaratmışıq. Mən taleyimə minnətdaram ki, o mənə Rəhimov və İliyev kimi ortaqlar bəxş edib. Belə dost və ortaqlarla ancaq fəxr etmək olar.

- İlham Rəhimovun biznesdə payı nə qədərdir? Yoxsa bu layihədən-layihəyə dəyişir? ("Forbes"in fikrincə bu 10-15 faiz arasında dəyişir).

- Layihədən layihəyə dəyişir.

- Putinin da bura yəqin ki, heç bir əlaqəsi yoxdur?

- Biznesimiz heç bir resurs və dövlət layihələri ilə əlaqəli deyil. Biz zəmanət müqabilində hərracda iştirak etməmişik. Bizim kimilər Rusiyada yüzlərlədir. Dəqiq bilirəm, heç bir məmur deməyəcək ki, mənim böyük dostum və ortağım İlham Rəhimov kiminsə adından istifadə edərək layihələri təqdim edib. Heç vaxt! Bizim biznes gündəlik və saatlıq əməyin nəticəsidir. Biznesimiz Allahın bizə yetirdiyi zəhmətkeş insanların və layihələrimizi izləyib diqqətlə qarşılayan hökumət dairələrinin bizə verdiyi qiymətin nəticəsidir. İnsanda işə sevgisi və irəli getmək arzusu olmalıdır. Əgər irəli getmək əzmim olmasa, həyat bozumtul olacaq. Ümid edirəm ki, "Sity"də layihəni gerçəkləşdirərək hiss edəcəyəm ki, layiqli iş görmüşəm. İndiyə kimi etdiklərimiz başlanğıcdır.

- Avropada hansısa layihəniz varmı? Bəlkə xaricdə də sərmayə yatırmaq niyyətindəsiniz?

- Bizim xaricdə sərmayə qoymaq niyyətimiz yoxdur. Biz ancaq Rusiyada işləyirik. Axı Rusiya böyük perspektivi olan ölkədir. Əgər hökumət bizə əlverişli mühit yaradırsa, niyə başqa yerə gedək ki?

Çevirəni:
Elnarə Əlosmanqızı
Aynur Hüseynova
AzNews.az


Bağla X