Prezident İlham Əliyevin düşünülmüş iqtisadi siyasəti dünyada yaranan iqtisadi bohranın ölkəmizə mənfi təsirinin qarşısını almağa imkan verib. Prezident İlham Əliyevin düşünülmüş iqtisadi siyasəti dünyada yaranan iqtisadi bohranın ölkəmizə mənfi təsirinin qarşısını almağa imkan verib.

"Dövlət büdcəsi iqtisadi vəziyyəti nəzərə almaqla tərtib olunub" - Spiker

Prezident İlham Əliyevin düşünülmüş iqtisadi siyasəti dünyada yaranan iqtisadi bohranın ölkəmizə mənfi təsirinin qarşısını almağa imkan verib.

Trend-in məlumtına görə, bunu Milli Məclisin sədri Oqtay Əsədov parlamentdə 2018-ni ilin dövlət büdcəsinin müzakirəsi zaman deyib.

O.Əsədov bildirib ki, bu gün Milli Məclisdə müzakirə olunan büdcə zərfi ölkə iqtisadiyyatında müsbət dinamik dəyişiklikləri əks etdirir.

Spiker bildirib ki, büdcə gəlirlərində qeyri-neft sektorunun payı 50 faizə çatıb və bu qeyri-neft sektorunun inkişafının göstəricisidir.

O.Əsədov vurğulayıb ki, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, biznes mühitinin yaxşılaşdırılması ölkənin iqtisadi rəqabətlilik qabiliyyətini artırıb və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyi yaxşılaşıb.

Spiker deyib ki, 2018-ci il üçün dövlət bücəsi layihəsi ölkənin iqtisadi vəziyyətini və müasir çağırışları nəzərə almaqla tərtib olunub: “Büdcəmiz ölkənin müdafiə qabiliyyətini artırmağa imkan verir və hər il olduğu kimi bu il də dövlət büdcəsi sosial yönümlüdür”.

AzNews.az