“Son bir ayda bitkoin 41 faiz, bu ilin son 10 günündə isə 34 faiz dəyər itirib”. “Son bir ayda bitkoin 41 faiz, bu ilin son 10 günündə isə 34 faiz dəyər itirib”.

“Virtual valyutaların qlobal bazarda özünə yer tapması asan deyil” - Ekspert

“Son bir ayda bitkoin 41 faiz, bu ilin son 10 günündə isə 34 faiz dəyər itirib”.

AzNews.az xəbər verir ki, bunu iqtisadi ekspert Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, Cənubi Koreyanın bitkoinləri ilə əməliyyatların qadağan etmək istəyi virtual valyutanın mövqeyini ciddi şəkildə silkələdi:

“Bitkoin ilə yanaşı, digər əksər kreptovalyutaların da dəyərində azalmalar müşahidə edilməkdədir. Bu arada əksər beynəlxalq maliyyə qurumları ilə yanaşı, bir sıra Avropa Birliyi ölkələrindən də kreptovalyutalar ilə bağlı ehtiyatlı açıqlamalar gəldi. Bitkoindəki köpüklər partlayırmı? Əslində, öncədən əksər beynəlxalq qurumlar bitkoinin qiymətinin 8 min dolları keçəcəyi halda köpüklərin yaranacağını proqnozlaşdırmışdılar. Aydındır ki, əksər mərkəzi bankların xoşlamadığı virtual valyutaların qlobal bazarda özünə yer tapması asan deyil və bu, zaman tələb edəcək. "Blokçeyn" üzrə əməliyyatlar ənənəvi bankçılığa tələbi azaldır. Və sadəcə bu kontekstdən də hələlik nə əksər mərkəzi banklar, nə də kommersiya bankları virtual valyutaları xoş qarşılamırlar”.

Vüqar Bayramov qeyd edib ki, kreptovalyutaların gələcək taleyi aparıcı dövlətlərin onlara münasibətindən birbaşa asılı olacaq:

“Aparıcı ölkələr bitkoinlərin istifadə dairəsini məhdudlaşdırmaqda davam edəcəklərsə, o zaman yeni qiymət azalmaları qaçılmazdır. Amma əgər ABŞ bitkoinləri dəstəkləyərsə, o zaman kreptovalyutalar “ayaqda dura” bilərlər. Bütün hallarda isə bitkoinlərinin taleyinin necə olmasından asılı olmayaraq, yaxınlarda olmasa da, bütövlükdə gələcək, virtual valyutaların olacaq”.

Bahar RÜSTƏMLİ
AzNews.az