Üç ayda əhalinin gəlirləri 9,8 faiz artıb. Üç ayda əhalinin gəlirləri 9,8 faiz artıb.

Əhalinin gəlirlərində artım var

Üç ayda əhalinin gəlirləri 9,8 faiz artıb.

AzNews.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, yanvar-mart aylarında Azərbaycan əhalisinin nominal gəlirləri əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,8 faiz artaraq 12533,3 milyon manat olub və ya əhalinin hər nəfərinə orta hesabla 1280,5 manat təşkil edib.

Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 11582,2 milyon manatlıq və ya əvvəlki ilin eyni dövründəkindən 10,2 faiz çox vəsait qalıb.