2020-ci ilin əvvəlində Transadriatik qaz boru kəməri (TAP) TANAP-a birləşdiriləcək və ildə 10 milyard kubmetr həcmində Azərbaycan təbii qazının Avropa bazarına daşınması reallaşdırılacaq. Artıq TAP layihəsi üzrə mühəndis, təchizat və tikinti də daxil olmaqla ümumi iş həcminin 75 faizdən çoxu icra edilib. 2020-ci ilin əvvəlində Transadriatik qaz boru kəməri (TAP) TANAP-a birləşdiriləcək və ildə 10 milyard kubmetr həcmində Azərbaycan təbii qazının Avropa bazarına daşınması reallaşdırılacaq. Artıq TAP layihəsi üzrə mühəndis, təchizat və tikinti də daxil olmaqla ümumi iş həcminin 75 faizdən çoxu icra edilib.

"TAP layihəsi üzrə ümumi iş həcminin 75 faizdən çoxu icra edilib" - Rövnəq Abdullayev

2020-ci ilin əvvəlində Transadriatik qaz boru kəməri (TAP) TANAP-a birləşdiriləcək və ildə 10 milyard kubmetr həcmində Azərbaycan təbii qazının Avropa bazarına daşınması reallaşdırılacaq. Artıq TAP layihəsi üzrə mühəndis, təchizat və tikinti də daxil olmaqla ümumi iş həcminin 75 faizdən çoxu icra edilib.

AzNews.az-ın məlumatına görə, bu barədə SOCAR prezidenti Rövnəq Abdullayevin "Xalq qəzeti" nəşrində dərc olunan məqaləsində bildirilir.

Onun sözlərinə görə, boru kəmərinin funksionallığını təmin etmək üçün ötən ilin birinci yarısında Yunanıstan və Albaniyada 2 kompressor stansiyasının inşasına başlanılıb və işlər qrafik üzrə davam edir.

R.Abdullayev deyib: "Əminəm ki, TAP layihəsi də tezliklə tamamlanacaq və Avropanın 40 milyard dollar sərmayə tələb edən ən böyük infrastruktur layihəsi “Cənub Qaz Dəhlizi” tam şəkildə icra edilmiş olacaq. Bu tarixi nailiyyət bizə imkan verəcək ki, Azərbaycanın zəngin qaz ehtiyatları Türkiyə və Avropa bazarlarına ən qısa və təhlükəsiz yolla çatdırılsın".

SOCAR prezidenti qeyd edib ki, TANAP-ın Avropa İttifaqı sərhədinədək olan hissəsi 2019-cu ilin sonunadək tamamlanacaq:

"Əminəm ki, TANAP Türkiyənin mühüm qitələrarası enerji düyününə çevrilməsində müstəsna rol oynayacaqdır. TANAP həm də SOCAR üçün böyük önəm daşıyan layihədir. Şirkətimiz məhz bu beynəlxalq layihədə ən böyük iştirak payına malik olmuş və lider rolunu inamla öz üzərinə götürmüş, işin öhdəsindən layiqincə gəlmişdir. Kəmərin inşası prosesində qazanılmış nailiyyətlər göstərdi ki, SOCAR artıq xaricdə də böyük və məsul layihələri vaxtında və yüksək səmərə ilə həyata keçirməyə qadirdir. Bir faktı nəzərə çatdırmaqla kifayətlənək ki, ilkin qiymətləndirmə zamanı layihənin dəyəri 11 milyard dollardan çox hesablanmışdısa, sonradan görülən səmərələşdirmə tədbirləri nəticəsində bu rəqəmi 8 milyarddan aşağı salmaq mümkün olmuşdur".

R.Abdullayev TANAP layihəsinin iki mərhələdə həyata keçirildiyini xatırladıb:

"İlk mərhələdə təbii qazın Türkiyə ərazisinə çatdırılması və ölkə bazarına daxil edilməsi, ikinci mərhələdə isə Avropa Birliyi sərhədinə qədər nəqli hədəf götürülürdü. Biz bu il birinci mərhələni uğurla başa vurduq. İyunun 12-də Əskişəhərdə Azərbaycan və Türkiyə dövlət başçılarının, eləcə də Ukrayna, Serbiya və Şimali Kipr Türk Cümhuriyyəti prezidentlərinin iştirakı ilə TANAP-ın açılış mərasimini qeyd etdik. İyunun 30-dan “Şahdəniz-2” çərçivəsində hasil olunan təbii qazın bu kəmər vasitəsilə kommersiya məqsədilə Türkiyəyə nəql edilməsinə başladıq. Gələn ilin sonunadək boru kəmərinin həm də Avropa İttifaqı sərhədinə qədər olan hissəsi tamamlanacaq".

AzNews.az