14:44
(077) 610-22-33

Aprel ayında inflyasiya 0,4% olub

  • >
534 6 May 2013 11:20 | İqtisadiyyat

2013-cü ilin aprel ayında Azərbaycanda inflyasiya mart ayı ilə müqayisədə 0,4% təşkil edib.

Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Aprel ayında ərzaq məhsullarının qiymətləri 0,9% bahalaşıb, qeyri-ərzaq mallarının və əhaliyə göstərilən pullu xidmətlərin qiymətləri dəyişməz olaraq qalıb.

Aprel ayında mal və toyuq əti, təzə balıq, pasterizə olunmuş və olunmamış üzlü süd, yumurta, kərə yağı, banan, şəkər, şəkər tozu və göyərtinin qiymətlərində ucuzlaşma qeydə alınıb.

Eyni zamanda düyü, makaron və kolbasa məmulatları, xama, günəbaxan və qarğıdalı yağları, limon, portağal, naringi, alma, armud, şabalıd, kələm, bibər, çuğundur, kök, sarımsaq, soğan və kartofun qiymətlərində bahalaşma müşahidə olunub.

Mətanət
AzNews.az
Bağla X