04:20
(077) 610-22-33

“Biz uğur qazana bilmədik” – Ukraynalı səfir

  • >
729 14 May 2015 16:58 | İqtisadiyyat

“Ukrayna Azərbaycanla kosmik sahə üzrə əməkdaşlığını genişləndirməkdə maraqlıdır”.


AzNews.az ICTnews-a istinadən xəbər verir ki, bu sözləri Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko deyib.

Onun sözlərinə Ukraynanın Azərbaycana təklif edə biləcəyi bir sıra kosmik və yüksək texnologiyalar var.

"Azərbaycanla Ukrayna arasında ənənəvi olaraq İKT və yüksək texnologiyalar sahəsində müsbət əməkdaşlıq qurulub. Ukraynanın kosmik sənayenin aparıcı müəssisələrindən biri olan "Yujmaş" şirkəti yer səthinin məsafədən müşahidəsi peyki üzrə tenderdə iştirak edib. Düzdür, bu layihədə biz uğur qazana bilmədik. Buna baxmayaraq, gələcəkdə kosmik sənayenin inkişafı, o cümlədən kiçik peyklərin istehsalı üzrə xüsusi istehsal bazasının yaradılması və kadrların hazırlığı üzrə əməkdaşlıq etməyə hazırıq", - deyə səfir qeyd edib.

Aleksandr Mişenko əlavə edib ki, Azərbaycanın Aviasiya Akademiyasında artıq üç ildir ki, Dnepropetrovsk Dövlət Universitetinin kosmik texnologiyalar fakültəsinin analoqu yaradılıb və ukraynalı professorların iştirakı ilə, təlim planları və metodik vəsaitlərin istifadəsi ilə kosmik sahə üzrə yerli kadrlar hazırlanır.
Bağla X