Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən 19 iyul 2016-cı il tarixində start götürmüş "İnteqrasiya məktəbi" layihəsinin icrası davam edir. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən 19 iyul 2016-cı il tarixində start götürmüş "İnteqrasiya məktəbi" layihəsinin icrası davam edir.

“İnteqrasiya məktəbi“ layihəsi davam edir

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən 19 iyul 2016-cı il tarixində start götürmüş "İnteqrasiya məktəbi" layihəsinin icrası davam edir.


Suraxanı rayonu 2 saylı uşaq evində keçirilən bu layihə uşaqların cəmiyyətə sosial adaptasiyası və asanlıqla inteqrasiyasını özünə hədəf seçmişdir.

Layihə çərçivəsində müxtəlif yaş qruplarından olan şagirdlərə dəvət edilən peşəkar müəllim və təlimçilər maarifləndirici və psixoloji təlimlər keçirlər. Layihənin əsas məqsədi uşaqların sosial reabilitasiyasını kompleks şəkildə aparmaqla gərəkli olan baza biliklərinin verilməsi və son nəticədə cəmiyyətə fəal inteqrasiyasının təmin olunmasından ibarətdir. Şagirdlər özünüqiymətləndirməyə təşviq ediləcək.

Təlimlərin sonunda isə iştirakçılara proqramı bitirdiklərinə dair xüsusi sertifikatın təqdim edilməsi nəzərdə tutulmuşdur.