16:16
(077) 610-22-33

Ağdaş sakini girov götürüldü - Valideynindən 10 min tələb edildi + Yenilənib

  • >
4 807 22 Avqust 2016 13:26 | Kriminal

Azərbaycan vətəndaşı Rusiyanın Moskva şəhərində girov götürülüb.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, avqustun 21-də Ağdaş rayonunun Şəkili kənd sakini Mədinə Həsənova polisə müraciət edərək naməlum şəxsin, zəng edərək Moskva şəhərində yaşayan oğlu Elşadı girov götürmələrini və onun buraxılması müqabilində 10.000 manat pul tələb etmələrini bildirib.

Ağdaş RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən rayon sakinləri Elçin Yaqubov, Zəki Mirhəsənov, Yaşar Ağayev və Cavid Qeysov tutulublar.

Araşdırma aparılır.

12:39
***


Ağdaş sakininin Moskvada girov götürülməsi faktının bəzi detalları məlum olub.

Pulu tələb edən şəxslər qadına Moskvadan zəng ediblər. M. Həsənova isə tələb olunan məbləği Moskvaya göndərmək imkanı olmadığını deyərək, pulu öz evində verə biləcəyini deyib. Bundan sonra qadın polisə məlumat verib.

Evinə pulu almağa gələn 4 nəfər isə polis tərəfindən saxlanılıb.

Məlumatda o bildirilib ki, Moskvada girov götürülmüş şəxs artıq azadlığa buraxılıb.

APA.az
Bağla X