00:12
(077) 610-22-33

Azərbaycanda məhbus intihara cəhd etdi

  • >
278 4 Mart 2013 13:00 | Kriminal

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 7 saylı cəzaçəkmə müəssisəsində məhbus intihara cəhd edib.

APA-nın məlumatına görə, intihara cəhd edən məhkum Xətai rayonu ərazisində yerləşən 7 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 182.3.2-ci (Hədə-qorxu ilə tələb etmə, külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddələri ilə 2001-ci ildə 15 il azadlıqdan məhkum edilən Cəfərov Mirzəxan Əvəz oğludur. M.Cəfərov müəssisənin cərimə təcridxanasında yataq mələfəsi ilə özünü asıb. Lakin cəzaçəkmə müəssisəsinin əməkdaşları məhkumun ölümünə imkan verməyiblər.

M.Cəfərov tibb məntəqəsinə yerləşdirilib. Hadisə ilə bağlı araşdırma aparılır.

AzNews.az
Bağla X