18:48
(077) 610-22-33

Moskvada öldürülən azərbaycanlı ilə bağlı şok faktlar-FOTO

  • >
1 534 5 Mart 2013 15:30 | Kriminal

Rusiya mətbuatı öldürülən şəxsin dələduz olduğunu yazır





Rusiya paytaxtı Moskvada öldürülən azərbaycanlı polkovnik Adil Nazim oğlu Mahmudovla bağlı təfərtüatlar yayılıb. Rusiya mətbuatının məlumatına görə, öldürülən şəxs özünü ordu zabiti kimi qələmə verib. Ancaq hüquq-mühafizə orqanları həmin şəxsin fırıldaqçı olduğunu bildirib.

Killer azərbaycanlı polkovniki "Zakarpatskie uzorı" restoranında nahar edərkən güllələyib. Başına vurulan güllədən yerindəcə vəfat edən Adil Mahmudovu polis "biznes mühitində problemləri həll edən şəxs" kimi xarakterizə edib.

Bəzi mənbələr isə onun hüquq-mühafizə orqanlarının diqqət mərkəzində olduğunu və fırıldaqçılığa görə axtarıldığını iddia edir.

RİA Novosti isə xəbər verir ki, Adil Mahmudov özünün güc strukturlarının əməkdaşı kimi qələmə verib və tez-tez saxta sənədlərdən istifadə edib. Öldürüldüyü zaman onun üzərində zabit forması olduğuna görə qətlə yetirilənin məhz polkovnik olması barədə məlumat yayılıb.


"Cinayət işinin istintaqı zamanı məhrumun üzərindən tapılan sənədlərin dövlət strukturlarına aidiyyəti da araşdırılacaq" deyə hüquq-mühafizə orqanlarının nümayəndəsi Sergey Stukalov bildirib. Belə ki, meyitə baxış zamanı onun üzərindən 45 yaşlı Adil Mahmudovun adına çox sayda sənəd aşkar edilib.

A. Mahmudovun qatilinin onu güllələdikdən sonra restoranı tərk etdiyi və xarici görünüşünə görə qafqazlıya bənzədiyi də bildirilir.

Sonda onu da qeyd edək ki, A. Mahmudov bir müddət Murmansk vilayətinin Moskvadakı nümayəndəsi olub. 2001-ci ildə qubernator Dmitri Dmitrienko onu bu vəzifədən azad edib. Ancaq o zamana qədər 1967-ci ildə Kürdəmir rayonunda dünyaya gələn və Moskvada 1000 kvmertlik möhtəşəm evdə yaşayan A.Mahmudovun qubernatorun sağ əli olduğu və bir çox məsələləri məhz A.Mahmudovun həll etdiyi bildirilirdi.

Elnarə Əlosmanqızı
AzNews.az
Bağla X