Bir nəfər dünyasını dəyişdi Bir nəfər dünyasını dəyişdi

Qadın sürücü yol qəzası törətdi

Bir nəfər dünyasını dəyişdi


Oğuzda qadın sürücü yol qəzası törətdi. AzNews.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Oğuzun Sincan kəndində "Nissan" markalı avtomobil sürücünün idarəetməsindən çıxaraq aşıb. Avtomobil deformasiyaya uğrayıb. Sürücü Qasımova Kəmalə Alik qızı və kimliyi hələlik məlum olmayan daha bir sərnişin müxtəlif xəsarətlər alıb. Nazirliyin yanğınsöndürən-xilasedicilər hadisə yerinə cəlb edilib, avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücünü və aldığı bədən xəsarətlərindən hadisə yeridə vəfat etmiş sərnişinin cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqt aparılır.

AzNews.az