Keçmiş məhkumodlu silahla qətlə yetirildi

Bakıda keçmiş məhkumun odlu silahdan qətlə yetirilmiş meyiti tapılıb.

AzNews.az Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, yanvarın 11-də Nəsimi rayonu Cavadxan küçəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ramil Novruzovun odlu silahdan qətlə yetirilmiş meyiti tapılıb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsi tərəfindən cinayət işi açılıb, əməliyyat-axtarış tədbirləri aparılır.

AzNews.az