21:39
(077) 610-22-33

Yardımlıda bir gecədə 3 oğurluq hadisəsi - Fotolar

  • >
559 18 Yanvar 2014 18:41 | Kriminal

Ötən gecə Yardımlıda üç oğurluq hadisəsi baş verib.


Bu barədə APA-nın Cənub bürosuna Yardımlı rayon Polis Şöbəsindən (RPŞ) məlumat verilib.

Məlumata görə, rayonun Arus kənd sakini Bəşir İbrahim oğlu Mustafayev polis şöbəsinə ərizə ilə müraciət edərək gecə saatlarında Yardımlı şəhərinin Heydər Əliyev prospektində yerləşən və müdiri olduğu 146 saylı aptekdən 80 manat nağd pul və aptekə məxsus möhürün naməlum şəxslər tərəfindən oğurlandığını bildirib.
AzNews.az - ın əməkdaşı aptekin müdiri Bəşir Mustafayevlə telefon əlaqəsi saxlayıb. Müdirin dediyinə görə oğrular aptekin qapısını açaraq içəriyə daxil ola biliblər. Onun dediyinə görə hüquq mühafizə orqanlarına müraciətindən dərhal sonra oğrunun tutulması istiqamətində tədbirlər görülür. B.Mustafayev şübhələndiyi şəxsin olmadığını bildirdi.

Yardımlı şəhər sakini Murad Tarqulu oğlu Bədirov da rayon polis şöbəsinə ərizə ilə müraciət edib. M.Bədirov ərizəsində ötən gecə Yardımlı şəhərinin Heydər Əliyev prospektində yerləşən ona məxsus ticarət köşkündən 315 manat nağd pul, 1 ədəd "Sony" markalı DVD, 1 ədəd "Nokia-6300" markalı mobil telefon, müxtəlif növ siqaret və şokoladların naməlum şəxslər tərəfindən talan olunduğunu göstərib.

Yardımlı şəhər sakini Camal Mədət oğlu Adiyev isə rayon polis şöbəsinə ünvanladığı ərizədə ötən gecə rayon mərkəzində yerləşən ona məxsus ticarət köşkündən içərisində olan 3 030 manat pul ilə birlikdə 1 ədəd seyfin, 600 manat nağd pulun, müxtəlif adda siqaretlərin, özünün və həyat yoldaşı Sahibə Mirzəbaba qızı Adiyevanın adına olan təqaüd kartlarının, müxtəlif növ çayların naməlum şəxslər tərəfindən oğurlandığını qeyd edib.

Hər üç oğurluq faktı ilə əlaqədar Yardımlı RPŞ-də cinayət işi açılıb. Oğruların isti izlərlə tapılıb istintaq orqanlarına təhvil verilməsi üçün zəruri tədbirlər görülür.


AzNews.az
Bağla X