09:21
(077) 610-22-33

Polis rəisi bir ailəni intihara sürükləyir - İDDİA

  • >
7 262 28 Yanvar 2014 13:27 | Kriminal

Abşeron rayonu Masazır kəndində yaşayan Rəciyevlər ailəsi rayon polis şöbəsinin rəisi Namiq İsmayılova qarşı kəskin ittihamlar səsləndirib.


Ailə üzvlərini imzası ilə AzNews.az-a daxil olan məktubda bildirilir ki, ailə başçısı Əlibala Rəciyev qəsəbədə qətlə yetirilib və onun qatilinin tapılması istiqamətində heç bir iş aparılmır.

Qətldə Abşeron RPŞ-nin rəisi Namiq İsmayılovu günahlandıran ailə üzvlərinin sözlərinə görə, hadisə baş verən gün qəsəbənin işıqları bilərəkdən söndürülüb, qətlin sifarişçisinin cəzalandırılmasını tələb etdiklərinə görə ailəyə qarşı qəddar cinayətlər törədilib:

"Polis rəisi Namiq İsmayılovun haqsızlığı, cinayətə meylliliyi və bizim səsimizin heç yerdə eşidilməməyi bizi kütləvi şəkildə intihar etməyə məcbur edir. Polis rəisi, atamızın qatilinin tapılması ilə əlaqədar müvafiq orqanlara müraciət etdiyimiz üçün, bizə qarşı terrora başlayıb.

O, bizi tez-tez şərləyib, həbs etdirir, evlərimizi uçurur, azyaşlı məktəbli uşaqlarımızı təhdid edir, dini etiqadımızı təhqir edir, hətta sosial yardım almağımıza mane olur. Bu proseslər bir çox aidiyyəti orqanlara məlumdur, ərizə və izahatlarımız var.

Ancaq heç bir müsbət nəticə yoxdur. Bu zülm və haqsızlıqdan bezərək ailə üzvlərimizlə birlikdə özümüzü yandırmağa qərar vermişik. Başqa yolumuz yoxdur, intihar etmək istəməsək də, Namiq İsmayılov ailə başçımız Əlibala Rəciyev kimi bizi də öldürtdürüb qanımızı batıracaq. Bunu o, dəfələrlə bizə bildirib".

Ailə məktubunda intihardan sonra baş verən hadisələrin mətbuatda doğru işıqlandırılması və proseslərin araşdırılmasını son xahiş kimi vurğulayıb.

Elnur
AzNews.az
Bağla X