21:52
(077) 610-22-33

Narkotik aludəçisi həbs edildi - VİDEO

  • >
698 27 Mart 2014 19:53 | Kriminal

33 yaşlı Tərlan Quliyev cavanlığını öz səhvi ucbatından təcridxanalarda keçirməli olub.
Tərlanın ilk dəfə 14 il əvvəl istifadə etdiyi narkotik maddə sonradan onun həyat tərzinə çevrilib. Getdikcə bu bəlaya aludə olan Quliyev bu vərdişinə görə dəfələrlə yolunu həbsxanalardan da salmalı olub. Amma nə fayda ki, etdiyi əməllərdən nəticə çıxarmayan Tərlan Quliyev yenidən meylini narkotik maddələrə salıb. Bu dəfə isə etdiyi qanun pozuntusuna görə onu Xəzər RPI-nin əməkdaşları həbs edib.

Hazırda polislər tərəfindən Tərlan Quliyevin narkotik maddəni aldığı şəxsin də kimliyini müəyyən etmək üçün araşdırmalar davam etdirilir. Yəqin ki, qısa zamanda həmin şəxs də tutularaq istintaqa cəlb ediləcək. Himayəsində 1 azyaşlı övladı olan Tərlan isə bu əməlinə görə yenidən bir neçə ilə azadlığı ilə bərabər doğmaları ilə vidalaşmalı olacaq.



AzNews.az
Bağla X