11:27
(077) 610-22-33

“Vorzakon“ qardaşını güllələdi

  • >
3 080 6 Sentyabr 2012 12:13 | Kriminal

Sentyabrın 4-də saat 22 radələrində Bakının Binəqədi rayonunda atışma olub. "Xəzər" kanalının verilən məlumata görə, 39 yaşlı Seyyub Paşayev güllələnib. Ağır güllə yarası ilə 1 saylı Şəhər Xəstəxanasına çatdırılan S.Paşayev orada ölüb.

Hadisə baş verən gün böyük qardaşlarının evində olan zaman Seyyubun ona kriminal aləmin axırının olmamasını və bu həyatdan uzaqlaşmasını tələb etməsi onun xoşuna gəlməyib və qardaşını öldürüb.
Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adamöldürmə (120.1-ci) və qanunsuz odlu silah saxlama (228) maddələri ilə cinayət işi başlanıb. Binəqədi Rayon Polis İdarəsindən AzNewsi.Az-a bildirildi ki, qətldə şübhəli bilinən Teyyub adlı şəxs artıq tutulub.

Bahadur
AzNews.az
Bağla X