04:07
(077) 610-22-33

Bakıda aptekə silahlı basqın: biznesmen yaralandı

  • >
1 667 10 Avqust 2014 10:30 | Kriminal

Bakıda quldurluq hadisəsi baş verib.

Yasamal Rayon Polis İdarəsindən lent.az-a verilən məlumata görə, Şərifzadə küçəsi, 131 ünvanında yerləşən aptekə 2 nəfər naməlum şəxs basqın edib.

Bıçaqla silahlanmış həmin şəxslər aptekin sahibi, 1960-cı il təvəllüdlü Quliyev Orucəli Tapdıq oğlunu vurublar.

Onlar obyekt sahibini bıçaqladıqdan sonra aptekdə axtarış aparıblar və 220 manat pulu götürərək qaçıblar.

Hazırda basqınçıların şəxsiyyətinin müəyyən edilərək saxlanılması istiqamətində iş aparılır.
Bağla X