20:08
(077) 610-22-33

Bakıda bir gecədə - İki bıçaqlanma

  • >
3 566 5 Sentyabr 2014 08:52 | Kriminal

Bakının Binəqədi və Suraxanı rayonlarında bıçaqlanma hadisəsi törədilib.

AzNews.az-ın xəbərinə görə, sentyabrın 5-də saat 00:30 radələrində Bakının Binəqədi rayonunda bir nəfər naməlum səbəbdən bıçaqlanıb. 1976-cı il təvəllüdlü Ədalət Qurbanov adlı şəxs rayonun Binəqədi şossesi ərazisində yerləşən "Zəngəzur" restoranın yaxınlığında bıçaqlanıb. O, döş qəfəsinin kəsilmiş deşilmiş yarası ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlərin səyi nəticəsində xəsarət alan şəxsin həyatını xilas etmək mümükün olub.

Eyni vaxtda digər bir bıçaqlanma hadisəsi isə Suraxanı rayonunda qeydə alınıb.
Rayonun Bahar qəsəbəsində 1987-ci il təvəllüdlü kişi bıçaqlanıb.

O, da ağır vəziyyətdə Sabunçu dakı 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Hüquq mühafizə orqanları hər iki hadisə ilə bağlı araşdırma aparır.

Amid
AzNews.az
Bağla X