- Köhnə - Kriminal
- 16 Mart 2015 13:14
- 3 630
Azərbaycanda 14 cinayət “isti izlər”lə açıldı
Azərbaycanın daxili işlər orqanları tərəfindən gün ərzində 37 cinayət faktı qeydə alınıb, onların da 14-ü “isti izlər”lə açılıb.
AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayıb.
Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 6 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 8 nəfər yaralanıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.
Cinayət törətdiklərinə görə 12 nəfər tutulub.