21:02
(077) 610-22-33

Dəhşətli qətlin üstü açıldı – Ailə cinayəti

  • >
3 348 5 May 2015 13:39 | Kriminal

Bakıda keçən il törədilmiş dəhşətli qətlin üstü açılıb.

Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, sentyabrın 1-nə keçən gecə Nizami rayonu Babək prospekti ev 17-nin yaxınlığında 1964-cü il təvəllüdlü İsgəndərov Füzuli Haqverdi oğlunun amansızlıqla öldürülməsi faktı ilə əlaqədar onun həyat yoldaşı və qızı həbs edilib. Aparılmış əməliyyat-axtarış, eləcə də istintaq tədbirləri nəticəsində F.İsgəndərovun qətlinin planlaşdırılmasında və həyata keçirilməsində iştirak edən həyat yoldaşı X.İ və qızı Ə.İ saxlanılıb. Cinayət işinin istintaqının aparılması Nizami rayon Prokurorluğundan alınaraq Bakı şəhər Prokurorluğuna verilib.

Cinayətdə başqa şəxs və ya şəxslərin iştirakı istisna edilmir, araşdırmalar davam etdirilir.

Qeyd edək ki, keçən il avqustun 31-də naməlum şəxs və ya şəxslər F.İsgəndərova məxsus qarajın yaxınlığında dayanıb və onu gözləyib. F.İsgəndərov qaraja tərəf yaxınlaşan zaman qatil ona bir neçə bıçaq zərbəsi endirib, daha sonra isə onun boğazını kəsib. Bundan sonra cinayətkar F.İsgəndərovun evinə girib. Hadisə şahidinin dediyinə görə, qatil 20-25 yaşlı şəxs olub. Lakin həmin şəxsin cinayəti tək törədib-törətməməsi hələlik dəqiqləşməyib.

Onu da qeyd edək ki, keçən il avqustun 29-da F.İsgəndərov qızına toy edib. F.İsgəndərova toydan yaxşı pul qaldığı üçün həyat yoldaşı və qızı məlum cinayəti planlaşdıraraq həyata keçirib.
Bağla X