07:37
(077) 610-22-33

“Turistlər ətək geyinməsin” - Nazirdən xəbərdarlıq

  • >
5 953 29 Avqust 2016 15:07 | Maraqlı

Hindistanda turist qadınlara ətək geyinmək məsləhət görülmür.


AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Hindistanın mədəniyyət və turizm naziri Maheş Şarma məlumat verib. Onun sözlərinə görə, xüsusilə kiçik şəhərlərə gedərkən xanım turistlərə ətəkdən istifadə etmək məsləhət deyil: "Xarici turistlər Hindistana gələndə onlara hava limanında səfər kitabçası təqdim olunur. Burada Hindistanda səyahətlə bağlı tövsiyələr yer alır. Həmin tövsiyələrdə turistlərə nələr etməli olub-olmadıqları barədə məlumat verilir. Bu qaydalara əsasən, kiçik şəhərlərdə olan xarici turistlərə gecələr tək gəzməmək və ətək tipdə geyimlər geyinməmək tövsiyə olunur".

Nazir bu qadağaların xarici turistlər üçün dress-kod tətbiq etmək anlamına gəlmədiyini də vurğulayıb.

Şarma geyimlə yanaşı başqa bir tövsiyə də edib. O, turistlərə ehtiyat tədbiri kimi istifadə etdikləri taksinin nömrəsini çəkib dostlarına göndərməyi məsləhət görüb. Şarma bildirib ki, bu, lazım gəldikdə polisə cinayətkarı operativ tapmağa kömək edəcək.

Aydan
Bağla X