04:40
(077) 610-22-33

Bu meyvələr xərçəng ehtimalını azaldır

  • >
974 7 Dekabr 2012 17:30 | Maraqlı

Qırmızı, narıncı və sarı rəngli meyvələr döş xərçəngindən qoruyur. Bu qənaətə amerikalı mütəxəssislər apardıqları tədqiqatdan sonra gəliblər.

Belə ki, meyvə və tərəvəzə parlaq rəng verən piqmentlərin immuniteti yüksəltdiyini, görmə qabiliyyətini yaxşılaşdırdığını deyən mütəxəssislərin fikrincə, bunlar son zamanlar dünyanın kabusuna çevrilən xərçəngdən müdafiə etmək xüsusiyyətinə malikdir.

Briqama qadın hospitalının əməkdaşlarının tədqiqatında döş xərçənginə tutulan 3000 qadın, eləcə də xəstəliyi olmayan 3900 qadın iştirak edib. Nəticələrdən aydın olub ki, qanında karotinoidin çox olduğu qadınların süd yollarında xərçəng ehtimalı azdır. Bu piqmentləri isə daha çox parlaq rəngli meyvə-tərəvəzdən əldə etmək mümkündür.

Mütəxəssislər bildirirlər ki, menyuya yerkökü, tomat pastası, sarı və qırmızı meyvələrin daxil edilməsi xərçəng ehtimalını azalda bilər. Həmçinin, ərik, şirin kartof, kələm, cəfəri də karatinoidin qandakı miqdarını artırır.

Elnarə Əlosmanqızı
AzNews.az
Bağla X