00:12
(077) 610-22-33

Baş nazirdən “mavi“lərə dəstək

  • >
685 8 Dekabr 2012 15:51 | Maraqlı

Böyük Britaniyanın baş naziri Devid Kemeron qəribə təkliflə çıxış edib. Cinsi azlıqların nümayəndələrinə dəstək verərək, Britaniya rəsmisi bildirib ki, "mavi"lərin nikahı kilsə tərəfindən də tanınmalıdır.

AzNews.az "Sky News"-a istinadən bildirir ki, nazir cinsi azlıqların toyunun kilsədə təşkil olunması ilə bağlı yeni qanun layihəsini dəstəkləyəcəyinə söz verib.

Baş nazir deyib: "Əgər hansısa bir kilsə, sinaqoq və ya məscid belə nikahları qeydə almaq istəmirsə, onları buna məcbur etmək lazım deyil. Bu barədə qanun lahiyəsində ayrıca bənd var".

Nazirlər Kabineti tərəfindən tərtib olunan yeni qanun layihəsi gələn həftə dərc olunacaq.

Xatırladaq ki, Böyük Britaniyada homoseksualların rəsmi nikaha daxil olmasına 2005-ci ildə rəsmi icazə verilib.

İnci
AzNews.az
Bağla X