17:51
(077) 610-22-33

Məşhur aktyor ölkədən qaçdı

  • >
384 11 Dekabr 2012 12:06 | Maraqlı

Məşhur fransız aktyoru Jerar Depardye ölkədən qaçıb. AzNews.az-ın məlumatına görə, ölkənin ən çox qazanan aktyorlarından olan Depardye daha az gəlir vergisi ödəmək üçün Belçikaya qaçıb.

Depardye Belçikanın Fransa ilə sərhədində yerləşən Neşin kəndində bir iqamətgah alaraq, oraya köçüb. Maraqlıdır ki, həmin kəndin əhaslisinin 27 faizi gəlir vergisindən yayınan fransız milyonçularıdır.

Qeyd edək ki, Fransa prezidenti Fransua Olland prezident seçildikdən dərhal sonra ölkədə yaşayan varlıların gəlir vergisinin artırılması ilə bağlı fərman imzalamışdı. Həmin vaxt ölkədəki milyonçular prezidentin bu qərarından narazılığını bildirmişdilər.

Tərlan
AzNews.az
Bağla X