11:56
(077) 610-22-33

Vampir normal insana çevrildi

  • >
387 11 Fevral 2013 00:10 | Maraqlı



Dünyanın məşhur "Journal of Psychotherapy and Psychosomatics" jurnalında vampirizm tarixində bir ilk barədə məlumat verilib. Bu ilk türk gənclə əlaqədardır. Məqalənin müəllifi olan türk həkim Dirənç Sakarya gəncin qan içmə davranışının asılılıq olmadığını bildirərək bu davranışı ruhi pozuntu ilə əlaqələndirib.

Hadisənin mahiyyəti ondan ibarətdir ki, 23 yaşlı evli bir gənc psixoloji problemlərlə üzləşib. Araşdırma nəticəsində məlum olub ki, xəstədə vampirizm əlamətləri özünü göstərir və o, qan içməyə meyl edir.
Həkim Sakarya adını açıqlamadığı xəstənin müalicə edildiyini və müalicədən önəmli nəticələr əldə edildiyini bildirib:

"Xəstənin qan içmə davranışı asılılıq deyildi, ruhi pozuntunun nəticəsi idi. Bu pozuntunu aradan qaldırmaq xəstənin qan içmə davranışına son qoydu. Xəstənin problemləri aradan qaldırıldıqdan sonra normal həyata qayıtdı".

Elnarə
AzNews.az
Bağla X