Amerikanın bir media qurumunda idman jurnalisti kimi işləyən Kortni Roland adlı qadın şübhəli şəkildə itkin düşdükdən 3 gün sonra tapılıb. Amerikanın bir media qurumunda idman jurnalisti kimi işləyən Kortni Roland adlı qadın şübhəli şəkildə itkin düşdükdən 3 gün sonra tapılıb.

Qadın jurnalist 3 gün yoxa çıxdı, tapılanda heç nə xatırlamadı

Amerikanın bir media qurumunda idman jurnalisti kimi işləyən Kortni Roland adlı qadın şübhəli şəkildə itkin düşdükdən 3 gün sonra tapılıb.

AzNews.az xəbər verir ki, jurnalist bir restoranın avtoparkında polislər tərəfindən aşkar edilib.

Sonuncu dəfə iş yoldaşları ilə 6 yanvar tarixində danışan Roland bir daha zənglərə cavab verməyib. Ev yoldaşının verdiyi açıqlamaya görə, Roland ona mesaj ataraq mavi bir yük maşınının onu təqib etdiyini yazıb.

Polisdən verilən məlumatda jurnalistin yaddaşının yerində olmadığı və başına nə gəldiyini xatırlamadığı bildirilib. Fiziki baxımdan heç bir zərər görməyən jurnalist xəstəxanaya yerləşdirilib (publika).