03:57
(077) 610-22-33

Ərəb şeyxi 6 adanı satın aldı

  • >
247 5 Mart 2013 08:42 | Maraqlı



Qətər əmiri Şeyx Hamad Bin Həlifə Al Sani 8.4 milyon avro verərək Yunanistanda 6 ada satın alıb.

Yunanistanla İtalya arasındakı İyon dənizindəki Ehinadon adalarına bu qədər pul xərcləyən şeyx özü üçün həmin ərazidə saray tikdirməyi planlaşdırır.

İlk olaraq saray üçün icazə almaq məqsədilə əlaqədar qurumlara müraciət edən şeyxə 250 kvm ərazi üçün icazə veriləcəyi bildirilib. Ancaq şeyx bununla razılaşmayaraq adamları vasitəsilə "250 kvm ancaq tualet üçün kifayət edər" cavabını verib.

24 uşağı olan şeyx hər övladına bir ada hədiyyə etmək niyyətindədir. Sərvəti 30 milyard avro civarında olan şeyx dünyanın ən varlı insanları arasında yer alır.

Elnarə Əlosmanqızı
AzNews.az

Bağla X