“Zaif” ktiptovalyuta birjasının yaydığı məlumata görə, 60 milyon dollar dəyərində virtual valyuta oğurlanıb. “Zaif” ktiptovalyuta birjasının yaydığı məlumata görə, 60 milyon dollar dəyərində virtual valyuta oğurlanıb.

Yaponiyada 60 milyon dollarlıq oğurluq

“Zaif” ktiptovalyuta birjasının yaydığı məlumata görə, 60 milyon dollar dəyərində virtual valyuta oğurlanıb.

AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, oğurluğun ötən cümə günü baş verdiyi güman edilir.

Osaka şəhərində yerləşən “Tech Bureau”nun yaydığı məlumata görə, oğurlanan virtual valyutalar arasında “Bitcoin” və daha iki valyuta növü olub. Oğurlanmış valyutanın ümumi həcmindən 40 milyon dollar fərdi şəxslərə, qalanı isə şirkətlərə məxsusdur.

Cari ilin martında və iyununda Maliyyə Məsələləri İdarəsi əməliyyatçıların hesablarını qorumaq üçün tədbirlərin qənaətbəxş olmadığını bildirərək “Tech Bureau”dan əməliyyatları yaxşılaşdırmağı tələb etmişdi.

“Coincheck” adlı digər kriptovalyuta birjası isə, cari ilin martında və yanvarında hakerlərin hücumu nəticəsində ciddi zərər çəkmişdi.

AzNews.az