15:06
(077) 610-22-33

Qəhrəman heyvanlar - Maraqlı

  • >
3 727 7 Avqust 2012 15:35 | Maraqlı

Və onların aldığı mükafatlar


Siz heç medal alan it, pişik, at və ya göyərçin eşitmisiz? Əgər bu barədə xəbəriniz yoxdursa, axıra kimi oxuyun.

Üzərində "mən xidmət edirəm" və "igidliyə görə" yazılan, dəfnə budaqları ilə bəzədilmiş bu bürünc medalın adı Dikken Medalıdır. Mükafatın təsis edilməsi təşəbbüsünü PDSA (People`s Dispensary for Sick Animals- Xəstə heyvanlar üçün əczaxana), yəni Heyvanlara Yardım Xeyriyyə Qurumunun yaradıcısı olan Mariya Diken irəli sürdüyündən medal da onun şərəfinə belə adlandırılıb. Bu, Böyük Britaniyada heyvanlar üçün təsis edilmiş ən yüksək hərbi mükafatdır. Onun həmişə Londonun meri tərəfindən təqdim edilməsi qəbul edilib. Əvvəllər mükafat millətlərin dostluğuna və ya xilas etmə işlərində yardım göstərən heyvanlara verilirdi. 1943-1949-cu illərdə isə İkinci Dünya Müharibəsində insanlara köməyi dəymiş heyvanlara da verildi. Qeyd edək ki, bu müharibədə 54 heyvan mükafatlandırılıb. Onun 1-i pişik, 3-ü at, 18-i it, 32-i isə göyərçindir.

***

Heyvanların bəziləri ölümündən sonra təltif edilib. Bu medallardan birini 1941-ci ildə müharibədə böyük xidmətlər göstərmiş Gender adlı Kanada iti aldı. 2002-ci ildə mükafat alan heyvanların siyahısına daha 3-ü əlavə edildi. Bunlar 11 Sentyabr faciəsində xilasetmə işlərində öz həyatı bahasına yardım göstərmiş itlər idi. 2002-ci ildə Yuqoslaviya və İraq bölgələrində xüsusi səyləri ilə seçilən və Dövlət Güc Xİdmətlərinə böyük yardımlar etmiş 2 it də mükafat aldı.
2002-ci ildə Britaniya hökuməti xüsusi olaraq heyvan qəbiristanlığının salınması üçün yer ayrılmasına sərəncam verdi və həmin ilin dekabrında 62 namizəd üçün İlford adlı qəbiristanlıq quruldu.

***

Qəhrəmanlığına görə medal alan heyvanların siyahısını təqdim edirik:
II dünya müharibəsində:
1943- cü ildə Vinki – ilk medalla mükafatlandırılan göyərçin. O, SOS siqnalı verilmiş bombaların töküldüyü müharibə bölgəsində doğma cəbhəsinə çatmaq üçün göyərçin üçün böyük sürət sayılan 120 millik bir məsafəni qət edib.
1943- cü ildə Rur ekspres – poçt göyərçini
1944- cü ildə Kommando - poçt göyərçini
1944- cü ildə Peddi İngiltərə kanalı üzərindən rekord sürətlə uçaraq Normandiyaya məktub aparıb və 4 saat 5 dəqiqəyə 230 mil qət edib.
1944- cü ilin sentyabrında Portağal Villiam adlı it Arnem döyüşündə 2000 əsgəri xilas edib.
1945- ci ildə Reks adlı it Londonda bomba altında qalan 65 nəfəri xilas edib.
1945- cı ildə Rip 1940-41-ci illərdə Londonda hava bombardmanı zamanı 100 nəfəri xilas edən it kimi medal alıb.
1946-cı ildə - G.İ.Co bir poçtalyon göyərçini və bir Amerika quşu medala layiq görülüb. 1943-cü ilin oktyabrın 18-də axşam saat 11-də Amerika Havva Qüvvələri İtaliyanın Kalvi Ristoria şəhəri bombalayır. Saat 10-da Britaniya qoşunları bu şəhəri zəbt edir və basqın əmri radio ilə ləğv edilir. Ancaq siqnal hərbçilərə çatmır. Co həmin yerə Amerika qüvvələrindən tez çataraq basqın əmrini dayandırmaq barədə olan məktubu yetirir. Əgər onlar irəliləsə idilər, Britaniya qoşununun 1000 nəfəri həlak olacaqdı.
1946-cı ildə Cudi dünyada yeganə qeydə alınmış əsir heyvandır. O, müharibədə yaponlara əsir düşüb.
1947-ci ildə Olqa, Apstart və Reqal isə növbəti alman bombardmanı zamanı qəhrəmanlıq göstərən 3 polis atıdır.
1949 Simon – gəmi pişiyi top mərmisini zərərsizləşdirərək xilas edib, xeyli siçan öldürüb. O, "Mahir dəniz pişiyi" hərbi medalı ilə mükafatlandırılıb. Simon bu medalı qazanmış yeganə pişikdir.
Muasir dövrdə də bu siyahı davam etdirilir.
1941-ci ildə Honq Konqda Kanadalıların yürüşündə xidmət etmiş Gender adlı it 2000-ci ildə,
11 sentyabrda insanlara xilas etmədə kömək edən Salti və Rozelle adlı itlər,
Sentyabrın 11-də həm Dünya Ticarət Mərkəzində, həm də Pentaqonda Nyu-York Polis Departamenti ilə birgə axtarışlar aparan axtarış və xilasetmə itləri 2002-ci ildə, Kral Baytarlıq Ordusu Korpusu qoruyucu itləri Kanada Baş Alayı ilə Bosna Hersoqovinyada silahlıların tərksilah edilməsində və sonrakı düşmən izdihamının qarşısını alınmasında Sem, Kral Baytarlıq Ordusu Korpusunun axtarış itlərindən olan bu köpək İraqda Vellinqton Alayının Lordlarını partlayıcılardan qoruyaraq həyatı bahasına silahlar və partlayıcılar gizlədən ekstremist qrupun silah anbarını aşkara çıxarmasında isə Baster adlı it 2003-cü ildə mükafata layiq görülüblər. Sedi adlı it isə Kabulda torpağa basdırılmış qum çantalarındakı bombaları tapıbdığına görə, daha sonra Birləşmiş Millətlər Qərargahının həyətində əvvəllər alman əsgərlərinin ölümünə səbəb olan bomba gizlədilmiş maşını aşkara çıxararaq diplomatik missiyanı həyata keçirən neçə-neçə insanı xilas etdiyinə görə 2007-ci ildə mükfata layiq görülüb.

Hazırladı
Səaədət Abbaslı
AzNews.az

Bağla X