08:04
(077) 610-22-33

Pulsuz e-imza üçün son şans

  • >
964 5 Dekabr 2013 11:17 | Maraqlı


Xəbər verdiyimiz kimi "Elektron hökumət" portalında e-xidmətlərdən istifadənin artırılması məqsədilə və vətəndaşların e-xidmətlərə olan marağını nəzərə alaraq, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən "Bakutel-2013" sərgisində "Elektron Hökumət Portalı" pavilyonu quraşdırılıb.

Sərginin üçüncü günü də insan axınının ən böyük cəmləşdiyi məntəq "Elektron hökumət portalı"nın pavilyonu olub.

AzNews.az xəbər verir ki, sərginin ilk günü 130, ikinci gün 300-dən çox, üçüncü gün isə 330-dan çox iştirakçıya ödənişsiz e-imza vəsiqəsi və kart oxuyucusu təqdim edilib.

Qeyd edək ki, "Bakutel-2013" sərgisi çərçivəsinin 3 günü ərzində 800-ə yaxın vətəndaş "Elektron hökumət" portalından ödənişsiz olaraq, elektron imza vəsiqəsi və kart oxuyucu əldə edib.

Xatırladaq ki, ödənişsiz elektron imza vəsiqəsi və kart oxuyucu almaq istəyənlər üçün bu gün sərginin son günüdür.

Son fürsətdən yararlanmaq istəyənlər Bakı Ekspo Mərkəzində təşkil olunan "Bakutel-2013" sərgisində quraşdırmış "Elektron Hökumət Portalı" pavilyonuna yaxınlaşaraq müraciət edə bilərlər.

AzNews.az
Bağla X