20:18
(077) 610-22-33

3 yaşlı inanılmaz istedad - Video

  • >
2 911 25 Yanvar 2014 20:18 | Maraqlı

Azərbaycanda və dünyada öz istedadı ilə hər kəsi təəccübləndirən uşaqlar yetərincədir. Belə istedadlı uşaqlardan biri də 3 yaşlı İsadır. Ona "balaca alim" də demək olar. Çünki balaca İsa böyüyəndə elə alim olmaq istəyir. Cəmi 3 yaşı olsa da, İsa vurma cədvəlini əzbər bilir, onluqları, yüzlükləri, minlikləri hətta milyonları asanlıqla toplaya bilir. "Axar.az"ın müxbirlərini qarşılayanda da qələmi əlində, yazı taxtası, silgisi, hesablayıcı maşını da yanında idi. Valideynləri deyir ki, İsanın hələ bir yaşı, yaş yarımı olanda onun bu qeyri-adi istedadı üzə çıxıb. O vaxtlar rəqəmləri 1 dəfə deməklə artıq İsanın yaddaşına həkk olunurdu. Ən qısa müddətdə 100-ə qədər saymağı öyrənib. Anası bildirir ki, İsa ağlayanda belə, adi misal deyən kimi sakitləşir, əlavə sözə ehtiyac olmur. İsanın ən sevdiyi rəqəm isə 7-dir. "Balaca alim" qohumların mobil telefonların nömrələrini də əzbər bilir. Bir az da əsəbi olan İsanın başqa bir istedadı da var. O, rus, ingilis və ərəbcə saymağı da bacarır.





AzNews.az
Bağla X