14:36
(077) 610-22-33

Obamanı hədələdiyi üçün həbs olundu

  • >
616 22 Avqust 2012 16:46 | Maraqlı

ABŞ xüsusi təyinatlıları elektron məktubda prezident Barak Obamanı hədələdiyi üçün Sietl şəhərinin sakinini həbs ediblər. "Assoşeyted Press" agentliyi xəbər verir ki, Obamaya ünvanlanmış məktub Federal Tədqiqat Bürosuna çatıb.

Xəfiyyələrin araşdırmalarından sonra bəlli olub ki, bu, 31 yaşlı Anton Keluridir. O, prezidentin evinə bomba qoyduğunu bildirib.

Amma axtarış zamanı mənzildə partlayıcı maddənin olmadığı aşkarlanıb. Təhlükəsizlik xidmətinin əməkdaşları Kelurinin yaşadığı evə qəfil hücum ediblər və heç bir atəş açmadan onu yaxalayıblar.


Aynur

AzNews.az

Bağla X