16:43
(077) 610-22-33

«Wi-Fi»lı eşşək - VİDEO

  • >
1 545 23 Avqust 2012 08:46 | Maraqlı

Wi-Fi ada, Wi-Fi park, Wi-Fi metro haqqında eşitmişdiksə indi də, İsraildə sözün əsl mənasında Wi-Fi eşşəklər peyda olub. Belə ki, israilli iş addamları turistlərin diqqətini cəlb etmək üçün Hoşaya əyalətində Wi-Fi internet ötürücüləri ilə təchiz olunmuş uzunqulaqlarda gəzintilər təşkil edir.

AzNews.az-ın xezerxeber.com-a istinadən verdiyi məlumata görə, Kfar Kedem tarix parkına səyahətə gəlmiş turistlər bir tərəfdən ənənəvi geyimlərdə müqəddəs yerləri ziyarət edir, digər tərəfdən eşəklərin belində netbukları ilə adi qaydada internet yazışmaları həyata keçirmiş olur. Həm də yüksək keyfiyyətə malik sürətlə. Qalileya dağlarında eşşək belində 25 dəqiqəlik ekskursiya ərzində turistlər çoxlarının yuxuda belə görə bilmədiyi 21 meqabit saniyə surətli internetdən istifadə edə bilir.


AzNews.az

Bağla X