23:17
(077) 610-22-33

Qadın sürücülərin sayı- Statistika

  • >
801 5 Mart 2014 11:14 | Maraqlı

Azərbaycanda nəqliyyat vasitələrinin idarə olunması üçün sürücülük vəsiqəsi alan qadınların sayı ildən-ilə artır.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2005-ci ildə onların sayı 2285 nəfər olduğu halda, 2013-cü ildə 11166 nəfərə çatıb.

Azərbaycanda dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi 28 faiz, sahibkarlar arasında isə 17 faizdir. Bədən tərbiyəsi və idmanla məşğul olanların 39,7 faizi qadınlardır.

Milli Məclisdə qadın millət vəkillərinin sayı da artır. Əgər 1990-cı ildə bütün deputatların 4,3 faizini, 2000-ci ildə 10,7 faizini qadınlar təşkil edirdisə, bu gün ölkə parlamentində qadınların xüsusi çəkisi 16 faizə çatıb.

AzNews.az
Bağla X