20:45
(077) 610-22-33

Rusiyada 8 Mart maraqlı aksiyalarla qeyd edildi - VİDEO

  • >
1 697 8 Mart 2014 21:47 | Maraqlı

Qonşu Rusiyada 8 mart maraqlı aksiyalarla yadda qalıb.

ANS-in Moskva bürosunun hazırladığı reportajda Rusiya paytaxtında rus qadınlarına ilin bir günü bir anlıq bəxş edilən bu xoşbəxtliyin nədən ibarət olduğunu göstərilib.

8 Mart Beynəlxalq Qadınlar gününün Rusiyada olduğu kimi dünyanın heç bir yerində geyd edilmədiyini desəm yanılmaram. 8 Martı 7 Mart tarixindən deyil, əvvəlki ilin 9 Martından etibarən, yəni 364 gün gözləyən rus qadınları ilin sadəcə bu günündə özlərini xoşbəxt hesab edirlər. Bu gün Moskvada havanın soyuq olmasına baxmayaraq paytaxtdakı parklarına axın edən qadınlar bayramın dadına çıxardı. Çiçək buketi hazırlayan, bol-bol rəqs edən qadınların sevincini görməyə dəyərdi.

Moskvada qadınlar üçün hazırlanan 8 mart sürprizləri də az deyildi. Moskvanın ən işlək (məhşur Arbat küçəsində də demək olar) küçələrindən sayılan köhnə Arbatda bir qrup gənc oğlan yoldan keçən qadınlara çiçək hədiyyə etdi. Bu çiçəklərin başqa çiçəklərdən başlıca fərqi isə onların həm də yeməli olmasıydı.

Aksiya təşkilatçısı Sergey Rakşa deyib ki, adətən kişilər 8 martda qadınlara ya çiçək, ya da şirniyyat hədiyyə edir. Biz bu iki hədiyyəni birləşdirməyə qərar verdik.

Moskva sakini Olqa Qluşko bildirib ki, 8 Mart bizim ən böyük bayramımızdır. Belə bayramlarda hədiyyə almaq ve üstəlik də bu hədiyyə faydalıdırsa, insanın xoşbəxtliyini ikiqat artırır. Bu gün mənə yeyilən çiçək hədiyyə etdilər. Bunu düşünən hər kəsə çox minnətdaram.

Yeni il bayramından sonra Rusiyanın ən əsas bayramı 8 Mart sayılır. Rusiya bu günü 3 günlük bayram tətiliylə geyd edir.



AzNews.az
Bağla X