00:23
(077) 610-22-33

“Facebook”da pornoqrafiya qadağası

  • >
1 301 20 Mart 2014 15:11 | Maraqlı

Səudiyyə Ərəbistanı hökuməti sosial şəbəkələrdə pornoqrafiya ilə mübarizəyə başlayıb.

Anspress-in məlumatına görə, araşdırmalar zamanı məlum olub ki, "Facebook"un yerli istifadəçiləri sosial şəbəkədən pornoqrafik videoların yerləşdirilməsi, göndərilməsi kimi çirkin əməllərə görə istifadə edirlər.

Qeyd edək ki, krallıqda pornoqrafik materialların satılması və yayılması qadağandır. Səudiyyə Ərəbistanında bununla mübarizə aparıldığı üçün, orada bəzi sosial şəbəkələrdən istifadə qadağandır.

"Biz xüsusi araşdırma qrupu ayırmışıq. Araşdırmalar zamanı məlum oldu ki, "Facebook" sosial şəbəkəsindən istifadə edənlərin çoxu seksual xarakterli materiallar paylaşır. Bundan başqa, "Facebook" vasitəsilə qadınlar fahişəliyə cəlb edilir. Bu səbəbdən biz ölkə ərazisində "Facebook" sosial şəbəkəsinin istifadəsini qadağan edirik", - deyə ölkənin təhlükəsilik idarəsinin rəhbəri Abdullətif Ali-Şeyx bildirib.

AzNews.az
Bağla X