06:03
(077) 610-22-33

Rezidenturaya qəbul imtahanın nəticələri açıqlandı

  • >
1 319 31 Mart 2014 12:51 | Maraqlı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2014/2015-ci tədris ili üçün Azərbaycanda baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə martın 30-da rezidentura səviyyəsinə qəbul üçün keçirdiyi imtahanın I mərhələsinin nəticələrini açıqlayıb.

Komissiyadan verilən məlumata görə, qəbul imtahanının I mərhələsinin nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün TQDK tərəfindən Apelyasiya Komissiyası yaradılıb. Apelyasiya komissiyası 2014-cü il martın 31-dən aprelin 2-dək hər gün saat 10-dan 17-dək TQDK-nın binasında (ünvan: Ak. H. Əliyev küç., 17) fəaliyyət göstərəcək.
İmtahan nəticələri TQDK-nın rəsmi saytında yerləşdirilib. İmtahanda iştirak etmək üçün 1356 nəfər namizəd elektron ərizə doldurub təsdiq edib. Onlardan 984 nəfəri qız, 372 nəfəri isə oğlanlardır.

Birinci mərhələdə namizədlərin baza ali tibb təhsili istiqamətinə müvafiq olaraq qəbul proqramı əsasında baza fənləri üzrə bilikləri yoxlanılıb. Rezidentura səviyyəsinə qəbul imtahanının II mərhələsi iyulun 27-də keçiriləcək və ikinci mərhələyə imtahanın birinci mərhələsində topladığı bal 40-dan az olmayan namizədlər buraxılırlar.

İmtahanda namizədlərə baza fənləri üzrə 100 test tapşırığı təqdim olunur və hər bir test tapşırığının düzgün cavabı 1 (bir) balla qiymətləndirilir, səhv cavablar namizədin imtahan nəticəsinə təsir göstərmir. İmtahan suallarının cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır.

Müsabiqə baza və ixtisas fənlərindən toplanılan balların cəminə əsasən aparılır. Müsabiqədə iştirak etmək üçün namizədin baza fənləri üzrə imtahanda topladığı test balı 40-dan, ixtisas fənləri üzrə imtahanda topladığı test balı isə 50-dən az olmamalıdır.

Rezidenturaya qəbul olunmaq üçün ixtisas seçimi qəbul imtahanının nəticələri elan olunduqdan sonra aparılacaq. Namizədlər müəyyən olunmuş müddət ərzində elektron ərizələrinə daxil olaraq ali tibb təhsili bazasına uyğun (bitirdiyi fakültəyə müvafiq olan) ixtisasları seçib təsdiq etməlidirlər.

Qeyd edək ki, Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsinin məzunları üçün rezidenturaya qəbul imtahanının hər iki mərhələsi 2014-cü ilin iyul ayında keçiriləcək.

AzNews.az
Bağla X