21:04
(077) 610-22-33

Yunanıstan-Azərbaycan Gənclər Mərkəzi açıldı

  • >
1 150 10 Aprel 2014 15:40 | Maraqlı

Gənclər və İdman nazirinin müavini İntiqam Babayevin Yunanıstana rəsmi səfəri çərçivəsində bu gün Afina şəhərində Yunanıstan-Azərbaycan Gənclər Mərkəzin açılışı baş tutub.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, İ.Babayev Gənclər Mərkəzinin Avropada açılmasının vacib olduğunu vurğulayıb. O, ölkələrimizin gəncləri arasında əməkdaşlığın daha da möhkəmlənəcəyinə əmin olduğunu qeyd edib.
Mərkəzin sədri Yuannis Papaqriqori Dağlıq Qarabağ probleminə toxunaraq həmişə Azərbaycanı dəstəklədiklərini bildirib.

Daha sonra İntiqam Babayev Gənclər və İdman Nazirliyi adından Mərkəzə hədiyyələr təqdim edib.

AzNews.az
Bağla X