08:42
(077) 610-22-33

Sentyabr ayı üçün Fransa ulduz falı

  • >
3 467 3 Sentyabr 2012 22:11 | Maraqlı

QOÇLAR yaxşı bilirlər ki, evdə hər şey yolunda getmir, lakin səbirli və təmkinli olmalıdırlar. Bu yolla yüngül narazılıq əsl idilliya ilə əvəzlənir. Sentyabr ayında evinizdə payızın nəfəsi belə duyulmur. Subayların isə tələbləri elə yüksəkdir ki, onların ürəyinə yol tapmaq istəyən namizədlər istədiklərinə nail olmaq üçün əməlli-başlı tərləməli olurlar. İşdə müəyyən gərginlik yarana bilər. Lakin tezliklə başa düşəcəksiniz ki, maneələri dəf etməklə karyera yüksəlişi şansınızı xeyli artırırsınız. Maliyyə məsələlərinə gəldikdə isə kreditorlar artıq ovcunuzdadırlar.

Payızın birinci ayında BUĞALARIN ailəsində ehtiraslar coşub-kükrəyir. Qonşular gah qısqanclıq səhnələri zamanı qırılan qab-qacağın gurultusundan, gah da sonsuzadək məhəbbət romansları oxunmasından zara gəlirlər. Subayların da vəziyyəti yaxşı deyildir. Tənhalıqdan bezib evlənmək qərarına gəlmisiniz. Bircə yolunuz var. Arşınmalçı kimi "qapı-qapı gəzib" ömür-gün yoldaşı tapmaq. İşdə çalışqanlığına söz ola bilməz. Bir balaca səbirli olsanız, vəzifənizin artırılması vəd deyil, fakt olacaqdır. Elə indinin özündə də məvacibiniz pis deyildir.

ƏKİZLƏRİN ailələrində sülh və əmin-amanlıqdır. Sadəcə, məişət və maliyyə problemləri bir balaca canınızı sıxır. Amma bütün problemlər bir yerdə umu-küsüsüz həll olunursa, onlara problem demək olarmı? Tənha səyyahlar isə hələlik götür-qoy edirlər. Üfüqdə nə isə var, lakin ciddi olması sual altındadır. Siz gözləməyə, hisslərin möhkəmliyini sınaqdan keçirməyə üstünlük verirsiniz. İşdə vəzifəniz artırıla bilər. Sevindirici hal budur ki, dostlar və məsləkdaşlarla əhatə olunmusunuz. Lakin yeni bir işə sərmayə yatırmaq istəyirsinizsə, hər halda ehtiyatı əldən verməməlisiniz.

XƏRÇƏNGLƏRİN ailəsində nələr baş verir? Hamı sizə həsəd aparır: sevgi, yekdillik, qarşılıqlı anlaşma. Fərdiyyətçilər qar uçqununa bənzər ehtirasın cənginə düşürlər. Dekorasiyalar bir-birini görünməmiş sürətlə əvəzləyir. Bir-birinizi tanımamağa macal tapmamış, artıq bir yerdə yaşayırsınız və gələcək övladınızın təməlini qoymusunuz. Amma işdəki layihələrinizə "stop" deyilir. Optimal qərar ixtisasartırma kurslarına getməkdir. İndi bədxərcliyin yeri deyildir.

Həyat yoldaşlarının nazı ilə oynayan ŞİRLƏR özlüyündə "Ailə həyatından gözəl dünyada nə olar bilər?" düşünürlər. Əlqərəz, əsl idilliyadır. Tənha dənizçilər həqiqi ehtirasla qarşılaşacaqlar. Professional uğurlar yağış kimi yağır və artıq darıxdırmağa başlayır. Siz siyasi karyera barədə düşünməyə başlayırsınız. Fürsəti əldən verməmək üçün yatıb dincəlməyi unutmalı olacaqsınız. Büdcəniz sabitdir, lakin özünüzü iyerarxiya pilləkəninin zirvəsində hiss etdiyiniz üçün qazandığınızdan artıq xərcləməyə meyillisiniz.

QIZLARIN ömür-gün yoldaşı laqeyd münasibətdən gileylənirlər. Bunun belə olmadığına inandırmağa çalışmağın mənası yoxdur. Sadəcə, yanağından öpüb "Ola bilməz! Məni bağışla, indi düzələrəm!" deməyiniz kifayətdir. Subayları dost məclisində həmin o əlamətdar görüş gözləyir. Yox, bu növbəti ehtirasınız deyildir, davamlı və ciddi münasibətləri həyatınıza gətirəcək bir görüşdür. İşdə sakitlikdir. Vaxtınızın çoxunu yaxınlarınıza həsr edirsiniz. Bu günlər xərcləriniz qazancınızı xeyli üstələyə bilər.

TƏRƏZİLƏRİN ailəsində münasibətlər aydınlaşdırılır. Təcili surətdə məzuniyyət götürmək lazımdır. Məxməri mövsüm və romantik çimərliklər ailə harmoniyanızı dərhal bərpa edəcəkdir. İslahedilməz subaylar isə məğrur şəkildə tənhalıqlarının acısını yaşayır, qısa ömürlü münasibətlərdənsə, həqiqi hisslərin gələcəyi günü intizarla gözləyirlər. Enerjinizi bütünlüklə işinizə yönəltmisiniz. İşdə ləngiyirsiniz, istirahət günləri də işlə yaşayırsınız. Maliyyə işlərini düzgün idarə etdiyiniz üçün pul cəhətdən korluq çəkmirsiniz.

ƏQRƏBLƏR ömür-gün yoldaşları ilə ümumi dil tapıblar. İndi əminsiniz ki, ailə həyatında xırda məsələlər yoxdur. Bunu bildiyiniz üçün gözlə görünməyən maneələri asanlıqla dəf edirsiniz. Subayları isə yüngül eşq macəraları maraqlandırır. Nə qədər çox olsa, bir o qədər baş ucalığıdır. İşdə ciddi nizam-intizam lazımdır, yoxsa göbələk kimi artan gözlənilməz vəziyyətlərin öhdəsindən gələ bilməyəcəksiniz. Siz karyera qurmaq üçün müdrikcəsinə hərəkət edib, ixtisasartırma kurslarına gedirsiniz. Bütün çətinliklərə baxmayaraq, maliyyə durumunuz sabitdir.

OXATANLAR ailə həyatlarından məmnun deyillər. Bəs problem nədədir? Hələlik aydın deyildir. Bəlkə bir-birinizə etibarınız qalmayıb. Psixoloq məsləhətinə ehtiyacınız var. Subaylar isə əməlli-başlı vurulublar, hətta xoşbəxtlikdən başlarını itiriblər. Doğrudur, belə vəziyyət uzun sürməyəcəkdir. İş yerinizi dəyişdirmək istəyirsiniz, lakin təkliflər tələbatınıza cavab vermir. Müvəqqəti maliyyə çətinlikləri yaranıb. Belə bir vəziyyətdə başlıca məsələ budur ki, özünüzə və yaxınlarınıza bahalı hədiyyələr etməklə, problemləri unutmağa cəhd göstərməyəsiniz.

OĞLAQLARIN ailəsində, çox şükür, bütün anlaşılmazlıqlara son qoyulur. Ortaq məxrəc və harmoniya ailə naminə birlikdə çalışmaq sayəsində əldə edilir. Subaylığa soltanlıq deyənlər bu ay tənhalıqlarını məhrəm tanışları ilə bölüşürlər, lakin uzağa gedib münasibətlərini qanuniləşdirməyə tələsmirlər. İşdə daha yaxşı günlərin intizarındasınız. Sizə təklif edilən stajkeçmə kurslarına razılıq verin. Maliyyə durumunuz diqqətli və ehtiyatlı olmağı tələb edir.

DOLÇALAR bütün işlərini elmi cəhətdən əsaslandırmağa çalışırlar. Ona görə də ürəkləri də sakitdir, evdə də sakitlikdir. Bu ay qayğısız günlərlə yadda qalacaqdır. Lakin tənha səyyahlar məyus olacaqlar. Uzun müddət xəyalı ilə yaşadığınız və barəsində böyük planlar qurduğunuz insanın diqqətinizə layiq olmadığını görəcəksiniz. Ruhdan düşməyin. Sizə də kənardan göz qoyan var. İşdə ən böyük silahdaşınız intuisiyanız olacaqdır. Vəzifənizin artırılması üçün əlverişli məqamdan məharətlə istifadə edə biləcəksiniz. Bütün asudə vaxtınızı uşaqlarınıza həsr edirsiniz. Bank hesablarınıza diqqət yetirməlisiniz.

Ailəvi BALIQLAR həyat yoldaşları ilə münasibətlərini aydınlaşdırdıqdan sonra həyata yenə də çəhrayı şüşəli eynəkdən baxmağa başlayıblar. İslahedilməz subayları isə tənhalığa son qoyacaq görüş gözləyir. İşdə yaxşılığa doğru dəyişikliklər olacaqdır. O vaxta qədər yoqa idmanı məşğul olub əsəblərinizi sakitləşdirməli, böyük sıçrayış üçün güc toplamalısınız. Siz daşınmaz əmlak almaq barədə düşünürsünüz. Çox da götür-qoy etməyin. Zaman sizin tərəfinizdədir.

AzNews.az
Bağla X