23:56
(077) 610-22-33

Niyaməddin Musayev oğlundan niyə danışmaq istəmədi?

  • >
1 397 5 Dekabr 2012 15:21 | Mədəniyyət

“Mən Amerikadayam, pul yazır..."



Sənət adamları övladlarının onların yolunu davam etdirməyib, dövlət qulluğuna meyl göstərməsi ilə bağlı məsələyə münasibət açıqlayıb.

Xalq artisti, tanınmış muğam ifaçısı Mənsum İbrahimov AzNews.az-a açıqlamasında övladlarının dövlət qulluğuna işə düzəlməsində nə sənətinin, nə də özünün rolunun olmadığını dedi: "Yox, qətiyyən. Özləri oxuyub, mənim həmin yerdə işləyən qızlarım Bakı Dövlət Universitetini qırmızı diplomla bitirib. Savadı olan uşağa hər yerdə hörmət var. Hələ mən bu günə kimi Bakı Dövlət Universitetinin qapısından içəri girib bir müəllimə xahiş etməmişəm. Özləri oxuyub, özləri də düzəlib. Hazırda üçüncü qızım da 664 balla Tibb Universitetinə daxil olub. Ailədə mühit necədirsə, uşaq da elə böyüyür. Uşaq gözünü açıb valideynlərini görür. Normal mühit olan ailədə böyüyən uşaqların gələcəyi də arzuolunandır. Həyat yoldaşım da mənim kimi müəllimdir. Müəllim ailəsində uşaq gözünü açıb hamını oxuyan görür.

Xalq artisti Niyaməddin Musayev isə "övladınızın dövlət qulluğuna işə düzəlməsində sizin adınız rol oynayıbmı?" sualını eşidər-eşitməz "Mən Amerikadayam... Amerikadayam, pul yazır... Gələn kimi sualınızı cavablandıracam" deyə dəstəyi hörmətsiz halda üzümüzə qapadı.
Xatırladaq ki, xalq artisti Mənsum İbrahimovun iki övladı, biri Xarici İşlər Nazirliyində, digəri isə Milli Məclisdə işləyir. Xalq artisti Niyaməddin Musayevin övladı isə Gömrük Komitəsində çalışır.

Bahar Rüstəmli
AzNews.az
Bağla X