15:03
(077) 610-22-33

Azərin: “Yalan deyirlər, Türkiyədə onları tanıyan yoxdur”

  • >
781 7 Dekabr 2012 12:24 | Mədəniyyət

“Mən Türkiyədə işləyirəm, oradakı proseslərdən xəbərim var”



"Bu gün vətənpərvərlikdən oxuyub, sabah Xocalı faciəsi günündə, hansısa matəm günündə gedib toylarda oxuyurlarsa, xalq onlara inanarmı?". Bunu Lent.az-a açıqlamasında müğənni Azərin deyib. Onun sözlərinə görə, vətənpərvər mahnılar ifa edən müğənnilər insanlarda inam yaratmalıdırlar: "Deməzdim ki, vətənpərvərlik hissi bizim millətimizdə azdır. Sadəcə, onu daha çox aşılamaq lazımdır.

Müğənnilərimizin repertuarında bu cür mahnılar yer alır. Məsələ burasındadır ki, xalq o insanlara inanırmı yoxsa yox? Kim öz ifasına necə yanaşır? Yəni, insanın öz şəxsi həyatı ilə ifa tərzi uyğun gəlirmi? Vətənpərvərlik mövzusunda yazılan mahnılarda söz əsasdır. Sonra musiqi, daha sonra isə ifa edən müğənni. Ümumi vəhdət varsa, o zaman ortaya yaxşı əsər çıxır. Gözəyarı təqdim edilən işin ömrü uzun olmur".

Hazırda Türkiyədə çalışan olan müğənni Azərbaycan şou-biznes və mədəniyyətindən də danışıb: "Mən özümü şou-biznesdə görmürəm. Bir vətəndaş olaraq Azərbaycan şou-biznesində gördüyüm atmosfer məni açmır. Amma sırf mədəniyyətimizi götürəndə deyə bilərik ki, bu gün incəsənətimiz, mədəniyyətimiz dünyada tanınır. Bu gün muğam ustalarımızın konsertinin verilməsi yaxşı haldır".

Müğənnilərimizin Türkiyə marağına gəlincə isə Azərin bunu belə şərh edib: "Bu normal prosesdir. Mən bir vətəndaş kimi baxıb sevinirəm. Hər kəsin öz qisməti var. Türkiyədə bir monopoliya var. Türkiyənin musiqi çevrəsinə girmək çətindir. Doğrudur, bizimkilər hər nə qədər də desələr ki, bizi orada tanıyırlar, elə deyil. Onları heç kim tanımır. Bəlkə də bir neçə ildən sonra tanınacaqlar".

Azərin müğənnilərimizin Türkiyədə çəkdirdikləri bahalı kliplərə də münasibət bildirib: "Şişirdilmiş, boş sözlərdir. Deyirlər, mən 70, 80 minə klip çəkdim, mahnı aldım. Mən Türkiyədə işləyirəm, oradakı proseslərdən xəbərim var. Orada heç elə qiymətlər yoxdur. Düşünürəm ki, xalqı aldatmamaq lazımdır".

Müğənni dörd ildir ki, aparıcısı olduğu "TRT AVAZ"dakı verilişindən də danışıb: "Türkiyədə "TRT AVAZ" açılanda Azərbaycan təmsilçisi kimi mən dəvət olunmuşdum. Elə orada da təklif olundu ki, yeni açılan verilişdə mən aparıcı olum. Artıq 4 ildir ki, veriliş aparıcısıyam. İlk vaxtlarr verilişimiz yalnız Azərbaycan –Türkiyə münasibətlərinə həsr olunurdu. Keçən ildən isə fəaliyyətimiz genişləndi. Sadəcə bu ölkələr yox, ümumi türk dünyasına aid olan ölkələr daxil oldu. Türk dünyasının sənət nümayəndələrini biz öz proqramlarımıza dəvət edirik. Onların tarixinə, mədəniyyətinə, ədəbiyyatına toxunuruq. Məqsədimiz türk dünyası ölkələrinin əlaqələrinin daha da genişləndirməkdir".

AzNews.az
Bağla X