05:11
(077) 610-22-33

Dünya şöhrətli dirijor Bakıya gəldi

  • >
497 7 Dekabr 2012 16:44 | Mədəniyyət

Dünya şöhrətli dirijor Zubin Meta Bakıdadır. O, dekabrın 8-də Heydər Əliyev Sarayında mətbuat konfransı keçirəcək.

Qeyd edək ki, Zubin Metanın səfərində məqsəd Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən VI Beynəlxalq Mstislav Rostropoviç Festivalı çərçivəsində konsert verməkdir.

Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, dekabrın 8-9-da Heydər Əliyev Sarayında məşhur "Maggio Musicale Fiorentino" simfonik orkestrinin konserti olacaq. Zubin Metanın rəhbərliyi altında keçiriləcək konsertlərdə F.Şubert, P.Xindemit, L.Bethoven, C.Verdi, A.Dvorjak və N.Rimski-Korsakovun əsərləri səslənəcək.

Bahar Rüstəmli
AzNews.az
Bağla X