23:50
(077) 610-22-33

“Mənim bu qondarma ada ehtiyacım yoxdur” - ETİRAZ

  • >
527 11 Dekabr 2012 11:31 | Mədəniyyət

Mənim xalq artisti adına yox, dövlətin verdiyi evə ehtiyacım var



Sənət adamları fəxri adların ləğv olunması ilə bağlı yayılan xəbərə etiraz səslərini qaldırdı.

Muğam ifaçısı Sabir Abdullayev isə AzNews.az-a açıqlamasında bu qərarı düzgün hesab etmədiyini dedi: "İnanmıram ki, fəxri ad alanların əlindən bunu alsınlar. Yəqin ki, bundan sonra dayandırarlar, yəni daha fəxri ad verməzlər. Elə də olacaq. Növbə mənə çatanda titulların verilməsi dayanacaq. Mənə elə gəlir ki, onlar bu addımı atmazlar. Hər bir sənət adamının əziyyəti var. O qiymətləndirilməlidir ya yox. Görürsən, bir dənə mən qaldım. Adamınkı gərək əvvəldən gətirsin".

Əməkdar artist Süleyman Zeynalovun sözlərinə görə, onun xalq artisti adına deyil, dövlətin verdiyi evə ehtiyacı var: "Fəxri ad heç bir vaxt ləğv oluna bilməz. Çünki o sənətkara verilən qiymətdir. Amma qoy bu ad yerindən duranlara deyil, əsl sənətkarlara verilsin. Mənim xalq artisti fəxri adına ehtiyacım yoxdur. Onsuz da mən xalqın artistiyəm. Xalq artisti adı almaqdan deyil ki. Onsuz da bizim xalq artistlərimizin əksəriyyətini tanıyan yoxdur. Hansı xarici ölkədə əməkdar, yaxud da xalq artisti adı var? O adı necə alıblar heç kəsin xəbəri yoxdur. Hərə bir yolla ad alıb. Camaat çörəyi qulağının dibinə yemir. Süleyman əsl xalqın artistidir, istəyir versinlər, istəyir verməsinlər. Mənim bu qondarma ada ehtiyacım yoxdur. Prezident təqaüdü və evə ehtiyacım var".

Bahar Rüstəmli
AzNews.az
Bağla X