Hamı sarayda pulsuz (free) internetdən istifadə edə biləcəklər. Hamı sarayda pulsuz (free) internetdən istifadə edə biləcəklər.

Heydər Əliyev Sarayında Wİ-Fİ zona

Hamı sarayda pulsuz (free) internetdən istifadə edə biləcəklər.



Heydər Əliyev Sarayı 2012-ci ilin may ayının 1-dən Sarayın tamaşaçı foyesində (3000 kv.m) simsiz internetə sərbəst çıxışlı zona yaradaraq öz tamaşaçılarını sevindirib.

Bu barədə AzNews.az-a sarayın mətbuat katibi Anar Fərəczadə deyib. O, bildirib ki, 2013-ci ilin fevral ayının 1-dən Heydər Əıliyev Sarayı beynəlxalq standartlara uyğun, ən yüksək səviyyəli xidmət göstərmək məqsədilə, Wİ-Fİ zona ilə əhatə dairəsin daha da genişləndirib: "Bundan sonra yerli və xarici artistlər, kollektivlər sarayın xidməti girişində, mərtəbələrdə, qrim otaqlarında və s. yerlərdə pulsuz (free) internetdən istifadə edə biləcəklər".

Fuad Mədətov
AzNews.az