23:06
(077) 610-22-33

“Azərbaycanın ilk xalq yazıçısı erməni olmayıb” - ƏKS TƏRƏF

  • >
572 12 Fevral 2013 15:42 | Mədəniyyət


Əkrəm Əylislinin "Daş yuxular"ı romanı ətrafında aparılan müzakirələr zamanı maraqlı bir informasiya yayılmağa başladı. Rusiyada yaşayan, dünya şöhrətli yazıçı Çingiz Hüseynov Moderin.az-a açıqlamasında Azərbaycanda ilk "Xalq yazıçısı" fəxri adını erməni yazıçısına- Aleksandr Sirvanzadəyə verildiyini açıqlayıb.

Amma Azərbaycan Yazıçılar Birliyi bu məlumatın yalan olduğunu deyir. Birliyin mətbuat xidmətinin rəhbəri Ədalət Əsgəroğlunun AzNews.az-a dediklərindən:

"Çingiz Hüseynov Əkrəm Əylislini müdafiə edib, lap yaxşı. Özü bilər. Hərə öz fikrini deməkdə sərbəstdir. Amma kimsə öz fikrini qüvvətləndirməkdən ötrü yalanlar uydurmamalıdır. Yazıçılar Birliyi olaraq, deməliyəm ki, Azərbaycanın Aleksandr Şirvanzadə adında xalq yazıçısı olmayıb. İlk dəfə 1956-cı ildə xalq yazıçısı fəxri adı rəhmətlik Səməd Vurğuna verilib.
Cingiz Hüseynov bu məsələdə yanılır, ya da nəyisə dəyişik salır".


Bahar Rüstəmli
AzNews.az
Bağla X