02:33
(077) 610-22-33

Ağır xəstəlikdən əziyyət çəkən Xalq artisti hamını təəccübləndirdi - Canlı ifası ilə + Video

  • >
50 635 17 İyul 16:05 | Mədəniyyət

Ağır xəstəlikdən əziyyət çəkən Xalq artisti Könül Xasıyeva ötən gün iştirak etdiyi toy məclisində canlı oxuduğu ifadan danışıb.

O, AzNews.az-a açıqlamasında bildirib ki, səhhətindəki problemlər yavaş-yavaş aradan qalxır:

“Bəli, toyda olmuşam. Amma heç nə danışmaq istəmirəm. Allah imkan versə payızda hamınızı sevindirəcəm. Mütləq görüşəcəyik”.

Xalq artisti Könül Xasıyeva dünən axşam el şənliklərinin birində iştirak edib. Onurğa iflicindən əziyyət çəkən Könül Xasıyeva səhnədə oturaraq oxuyub.

Bahar RÜSTƏMLİ

AzNews.az

Bağla X