23:24
(077) 610-22-33

Şou-biznes əhli də Gülər Əhmədovadan üz döndərdi – EKSKLÜZİV

  • >
351 14 Fevral 2013 21:03 | Mədəniyyət

Оnun sözlərinə yazılan mahnıları oxuyan sənət adamlarının reaksiyaları AzNews.az-da




Gülər Əhmədova hər kəsin yaddaşında sabiq millət vəkili və siyasətçi kimi qalsa da, onun digər bir istedadı da vardı – şairlik. Yəqin çoxları bilmir ki, dünən haqqında həbs-qəti imkan tədbiri seçilən sabiq millət vəkili həm də bir neçə mahnının sözlərini yazıb.

Bizə maraqlıdır, görəsən, xanım eks-millət vəkilinin həbsindən sonra sənət adamları onun mahnılarını repertuarında saxlayacaqlar, ya yox? AzNews.az olaraq bu məsələyə aidiyyəti olan bəzi sənətçilərin mövqelərini öyrənmişik.

Qeyd edək ki, Gülər Əhmədova yaradıcılığının "şah əsəri" hərbi vətənpərvərlik ruhunda yazılmış "Bayrağım" adlı mahnı sayılır. Gülər xanımın sözlərinə bəstələnmiş həmin mahnının bəstəkarı isə Xanım İsmayılqızıdır.

Xanım İsmayılqızının məsələyə reaksiyası isə kifayət qədər sərt oldu: "Daha nə qədər olar ey… Mən bu mövzuda danışmaq istəmirəm".

Gülər xanımın sözlərinə bəstələnmiş mahnının ifaçısı, müğənni Mətanət İsgəndərliylə də telefon əlaqəsi yaratdıq. Telefon dəstəyini götürən və şirin dillə "bəli" deyən müğənninin bacısı Təranə xanım sualımızı eşidən kimi "Mətanət "zanitdir", əlində işi var, mən də "zanitəm", bu məsələlərə cavab verə bilmərəm" - deyərək telefonu qapatdı.

Gülər Əhmədovanın sözlərinə bəstələnmiş "Salamat qal" adlı mahnı isə əməkdar artist Tünzalə Ağayevanın repertuarındadır. Müğənninin prodüseri Yalçın Cabbarovla da əlaqə saxladıq və o, "başqa yerdəyəm" deyərək münasibət bildirməkdən yayındı.


Bahar Rüstəmli
AzNews.az

Bağla X